Icma.az
close
up
RU
Avropada ən ucuz qiymətə istirahət edə biləcəyiniz yerlər

Avropada ən ucuz qiymətə istirahət edə biləcəyiniz yerlər

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropada istirahət planlaşdıran turistlər üçün yalnız aviabilet və otel qiymətləri deyil, gündəlik xərclər də büdcəyə ciddi təsir göstərir. Yeni statistikaya görə, eyni mal və xidmətlər müxtəlif Avropa ölkələrində demək olar ki, dörd dəfə fərqli qiymətə başa gələ bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Avropanın ən bahalı ölkələri İslandiya və İsveçrədir.

Bu ölkələrdə qiymətlər region üzrə orta göstəricidən 80 faizdən çox yüksəkdir. Bahalı istiqamətlər sırasında Danimarka, İrlandiya və Norveç də yer alır. Bu ölkələrdə qida, nəqliyyat, əyləncə və alış-veriş xərcləri orta Avropa səviyyəsindən təxminən 40 faiz bahadır.

Mütəxəssislər bildirirlər ki, sərfəli aviabilet tapmaq həmişə ucuz istirahət demək deyil. Çünki bahalı ölkələrdə restoranlar, muzeylər, ekskursiyalar və ictimai nəqliyyata çəkilən gündəlik xərclər ümumi səyahət büdcəsini əhəmiyyətli dərəcədə artırır.

Araşdırmaya əsasən, Avropada ən sərfəli istirahət istiqamətləri isə Şimali Makedoniya, Bosniya və Herseqovina, Rumıniya və Bolqarıstandır. Türkiyə də büdcəyə uyğun səyahət üçün ən əlverişli ölkələrdən biri olaraq qalır.

Bundan başqa, Yunanıstan, Portuqaliya, Polşa və Çexiyada da qiymətlər Avropanın bir çox ölkəsi ilə müqayisədə daha münasib hesab olunur.

Statistika göstərir ki, fərq hətta Avropanın aparıcı iqtisadiyyatları arasında da hiss olunur. Belə ki, Almaniyada qiymətlər orta Avropa səviyyəsindən təxminən 9 faiz yüksək olduğu halda, İspaniyada bu göstərici orta səviyyədən 9 faiz aşağıdır. Bu isə eyni müddətli istirahət zamanı turistlərin xərclərinin ölkədən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə biləcəyini göstərir.

Ekspertlər qeyd edirlər ki, bu statistika ayrı-ayrı şəhər və kurortlarda qiymətləri tam əks etdirməsə də, səyahət büdcəsini əvvəlcədən planlaşdırmaq və uyğun istiqamət seçmək üçün faydalı göstərici hesab olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 İyul 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri