Icma.az
close
up
RU
Həftəsonu parklanma qaydalarını pozanlar sakinləri narahat edir: Buna göz yumurlar ŞİKAYƏT

Həftəsonu parklanma qaydalarını pozanlar sakinləri narahat edir: Buna göz yumurlar ŞİKAYƏT

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakının mərkəzində həftəsonu parklanmaya məhdudiyyət tətbiq olunan küçələrdə kənar avtomobillərin park olunması sakinlərin narazılığına səbəb olub.

Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.

Qeyd olunub ki, əraziyə giriş üçün nəzərdə tutulan şlaqbaumun qarşısında park edilən kənar nəqliyyat vasitələri sakinlərin şəxsi avtomobilləri ilə giriş-çıxışına mane olurlar.

"Nəqliyyatı Əlaqələndirmə Şurasının qərarı ilə 17 mart 2024-cü il tarixindən etibarən həftəsonları Səbail rayonu ərazisində yerləşən Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

Həftəsonu məhdudiyyətin tətbiq olunduğu günlər ərzində, "AzParkinq" mobil tətbiqində fərdi parklanma talonu olan sakinlərin şəxsi nəqliyyat vasitələri ilə rahat şəkildə əraziyə girişi Neftçilər prospekti istiqamətində Tərlan Əliyarbəyovdan, çıxışı isə Yusif Məmmədəliyev küçələrindən nömrə tanıma şlaqbaum sistemi vasitəsilə təşkil edilib.

Amma həftəsonu məhdudiyyətin tətbiq olunduğu gün ərzində həmin ərazidə yerləşən restoran və kafelərə fərdi parklanma talonu olmayan nəqliyyat vasitələri qanunsuz olaraq rahat şəkildə öz avtomobillərini park edirlər və ərazidə xidmət aparan AYNA əməkdaşları bu qanunsuzluğa zəmin yaradırlar", - deyə şikayətdə bildirilir.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.Az-a açıqlamasında qeyd edib ki, həftəsonu və bayramlarla əlaqədar elan edilən istirahət günlərində nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı ərazilərə yalnız ərazidəki binalarda qeydiyyatı olan və fərdi parklanma talonuna malik şəxslərin avtomobillərinə giriş üçün icazə verilir.

"Nömrətanıma sistemi vasitəsilə əraziyə giriş-çıxış edən bütün nəqliyyat vasitələrinə nəzarət olunur. Eyni zamanda əraziyə operativ nəqliyyat vasitələri və kommunal xidmətlərə məxsus xüsusi texnikanın girişi təmin edilir.

Ərazidə xidmət aparan AYNA əməkdaşlarının hər hansı bir qanunsuz fəaliyyəti ilə bağlı bu günədək müraciət daxil olmayıb. Sui-istifadə halları ilə bağlı konkret fakt varsa, araşdırmaq və tədbir görmək üçün AYNA-ya vətəndaşın avtomobilinin dövlət qeydiyyat nömrəsini təqdim etmək xahiş olunur", - deyə T.Orucov vurğulayıb.

O bildirib ki, hər hansı bir vətəndaş həmin ərazidə yerləşən binalardan birinə qeydiyyata düşməklə və ya sakinin verdiyi etibarnamə vasitəsilə də fərdi parklanma talonu əldə edə bilər.

"Bu zaman avtomobili idarə edən şəxsin ərazidə yaşayan sakin olub-olmadığını ayırd etmək çətinlik yaradır. Zərifə Əliyeva və Rəsul Rza küçələrinin kəsişməsində sədd kimi düzülən dibçəklərin kənara çəkilməsinə gəlincə, bu kimi hallara rast gəlinir. Qarşısını almaq üçün isə aidiyyəti qurumla birgə tədbirlər görülür.

Onu da bildirək ki, "Yol hərəkəti haqqında" Qanuna əsasən, giriş-çıxışlarda və şlaqbaumların qarşısında avtomobillərin saxlanması qadağandır. Bu cür hallar baş verdikdə, əraziyə aidiyyəti qurumun əməkdaşları dəvət edilərək qanunauyğun tədbirlər görülür", - deyə T.Orucov əlavə edib.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Aprel 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri