Icma.az
close
up
RU
Həkim də, usta da Çindən maşın gətirib satır, vergi ödəmir Ekspert

Həkim də, usta da Çindən maşın gətirib satır, vergi ödəmir Ekspert

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Avtomobil satışı ilə artıq peşəkar satıcılar və sahibkarlar deyil, həkimlər, ustalar, bənnalar və müxtəlif peşə sahibləri də məşğul olur. Onlar Çindən avtomobil gətirib satırlar və heç bir vergi ödəmirlər".

Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov ölkədə avtomobil bazarında müşahidə olunan durğunluğun səbəblərindən danışarkən bildirib.

Ekspertin sözlərinə görə, bazarda qiymətlərin kəskin ucuzlaşmasından danışmaq düzgün deyil:

"2024-2025-ci illərdə Çindən gətirilən bəzi model avtomobillərin artıq yaşı artır. Buna görə də satıcılar onları daha aşağı qiymətə təklif edirlər. Amma bazarda yaranan durğunluğun əsas səbəbi bu deyil. Əsas səbəb hibrid avtomobillərin idxalına tətbiq edilən ƏDV güzəştlərinin ləğv olunmasıdır. Əvvəllər bu avtomobillər vətəndaşlar üçün daha əlçatan idi. İndi isə əlavə dəyər vergisi tətbiq olunduğundan qiymətlər yüksəlib və bu da insanların yeni avtomobil almaq istəyinə mənfi təsir göstərir".


Ekspert hesab edir ki, nəticədə alıcılar yeni deyil, işlənmiş avtomobillərə üstünlük verirlər:

"Bu, ölkədə avtomobil parkının yenilənməsini ləngidir. Məqsədimiz köhnə avtomobillərin  mərhələli şəkildə dövriyyədən çıxarılması və vətəndaşların yeni, ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitələrinə keçidini təmin etməkdir.  Hazırda isə bu proses arzu olunan sürətlə getmir".

Eldəniz Cəfərov bildirib ki, Azərbaycanda bir çox avtomobil istehsalçısının rəsmi nümayəndəlikləri fəaliyyət göstərsə də, bazarda onlarla rəqabəti çətinləşdirən başqa amillər də var:

"Rəsmi nümayəndəliyi olmayan sahibkarlar və fərdi şəxslər Çin istehsalı olan, Azərbaycan bazarı üçün nəzərdə tutulmayan, zəmanətsiz avtomobilləri ölkəyə gətirərək daha ucuz qiymətə satırlar. Bu isə rəsmi dilerlərin satışına ciddi mənfi təsir göstərir".


Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 İyul 2026 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri