Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

ABB də xəbərdarlıqsız komissiya

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Həkim həqiqətləri açdı: Pul qazanmaq üçün uşağınıza bu analizləri verdirirlər

Həkim həqiqətləri açdı: Pul qazanmaq üçün uşağınıza bu analizləri verdirirlər

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Lazımsız analizlər bizə heç bir məlumat vermir, amma əsasən rayon yerlərində bunu çox görürük. Birinci növbədə qan analizi ilə qurd xəstəliklərinə diaqnoz qoymağa çalışmaq düzgün deyil". 

Ölkə.Az xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib.  O, uşaqlar üçün bəzi həkimlərin tələb etdiyi analizlərin lazımsız olduğunu deyərək həmin analizləri sıralayıb:

“Gəlirlər ki, mən uşağın qurdunu yoxlatmışam. Baxırıq ki, bu qanda immunonqlobulin G analizidir. Bu bizə heç nə vermir. Hazırda uşaq xəstədirmi, onda qurd varmı, nə vaxtsa olubmu və s. bu analiz onu göstərir və hansı dərəcədə olduğu barədə informasiya vermir. Çünki qanda müəyyən infeksiyalara qarşı yaranan anticisimlər qurdlar üçün spesifik deyil. Yəni biz onun özünü görmədən, uşağın nəcisində mikroskop altında qurd yumurtasını görmədən qanda ona qarşı yaranan anticisimlərə baxaraq deyə bilmərik ki, uşaqda filan qurd xəstəliyi var. Biz qurd xəstəliyinə görə kimyəvi dərman verməliyik. Bu dərman isə qaraciyərə zərərlidir. Ona görə də biz bu riskə getməməliyik. Bu səbəbdən uşağın nəcis analizi verilməlidir. Sual oluna bilər ki, bəs nə üçün klinikalarda qurda baxmaq üçün qan analizi vermək təklif edilir? Bu həmin klinikaların sadəcə pul qazanmaq üçün olan yöntəmidir.  Yəni əgər həkim xəstəni klinikaya göndərirsə, klinika bundan imtina etsə, pul itirəcək, amma burada həkim də məlumat baxımından nə isə qazanmır. Ona elə gəlir ki, məlumat alır, əslində həkim bunun əsasında müalicə yazacaqsa, düzgün deyil. Sizə bu təklif olunanda imtina edin. Bəzi həkimlər isə xəstənin istəyi əsasında onu bu analiz üçün göndərir. Baxırlar ki, buna tələbat var”.

Pediatr digər gərəksiz analizin isə revmatizmlə bağlı olduğunu deyib:

“Revmatizm analizi deyə bir şey yoxdur. Revmatoloji xəstəliklər analizi var, bu da revmatoloqların sahəsinə aiddir və onlar bu xüsusi analizləri verdirə bilərlər. Əgər siz hansısa pediatrın yanına gedəndə və ya hansısa klinikaya yaxınlaşıb uşağınız üçün test verdirmək istəyirsinizsə, bu yanlış yanaşmadır. Belə bir analiz yoxdur ki, uşaq xəstə olmadığı halda revmatizm var ya yox onu bildirsin. Uşaq sağlamdır, heç bir şikayəti yoxdur, sadəcə aradabir deyir ki, ayağım ağrıyır və buna görə də siz onun revmatizmini yoxlatdırısınız. Bəzi analar isə deyir ki, məndə uşaq vaxtı revmatizm olub, qorxuram ki, uşağıma da keçmiş olar. Belə bir şey yoxdur”. 

A.İsmayılzadə uşaqlarda vitamin d-nin yoxlanmasını da lazımsız hesab edir: 

“Digər mənasız analizlərdən biri də qanda d vitamininin yoxlanmasıdır. Mən öz uşqlarıma yalnız körpə olanda d vitamini vermişəm. Böyüyəndən sonra isə nə özünü, nə analizini vermişəm. Sağlam böyüyüblər. Əgər mən bir şeyi öz uşağıma etdirmirəmsə, bunu digər uşaqlara da şamil edirəm. Digər həkimlər məni qınaya bilər. Bu gün vitamin d, kalsium analizi həm də verilən dərmanları dəbdir. D vitamini ilə problemlər aradan götürülmür, immunitet zəifdirsə yenə də zəif olaraq qalır. Koronavirus vaxtı da gördük ki, vitamin d verməklə biz heç bir ağırlaşmanın qabağını ala bilmirik. Vitamin d-nin işi kalsiumun bağırsaqlardan sovrulmasına kömək etmək, bununla da raxitin qarşısını almaqdır. 

Böyüklərdə isə bəzi xəstələrdə osteoparozun qarşısını almaq üçün vitamin d verilir. Bəzi xəstələrdə isə qalxanvari vəzdə hormonların hüceyrələrə girməsi üçün də verilir, amma uşaqlarda ucdantutma hamıya  qış gələn kimi vkitamin d vermək düzgün deyil. Bunun norması deyə bir şey yoxdur, amma artıqlığı problem yarada bilər. Vitamin d-nin təbii mənbəyi günəşdir.
Bunlar hamısı ticarətdir və pul qazanılır”.

Mütəxəssis kalsium azlığının isə yalnız çox ac qalanda yarandığını söyləyib:

“Kalsium da bu analizlərdən biridir. Qanda hormonal olaraq tənzimlənən elementdir. Kalsium əsasən sinirlərə və əzələlərə lazımdır. Bədənin marağında deyil ki, sənin dırnağında və s. kalsium azdır. İnsan o qədər ac qalmalıdır ki, kalsium azalsın. İndi ac qalan yoxdur. Hazırkı dövrdə kalsium azlığına bağlı qıcolmalar da yoxdur. Hamilələrdə bu ola bilər. Çünki bətnində uşaq daşıyır və kalsium ona azlıq edə və əzələlərində kramplar ola bilər. Bu maqnezium azlığına da bağlı ola bilər. Yaxşı qidalanma və sağlam bağırsaqla hər şeyi normaya qaytara bilərik. 

Heyvanın sümüyünü qaynadıb yeməklə onun bədənindəki kalsiumlar çıxıb sizin bədəninizə yapışmayacaq. Tərəvəz yeyin. Heyvanları saxlayan yabanı otlardır. Ən yaxşı kalsium bitki məhsullarından sovrulur. 

Ana uşağa az süd verirsə, düzgün qidalandırmırsa, belə hallarda ona kalsium təyin edirəm. Belə uşaqlarda əlavə qidalardan kalsium sovrulması olmur deyə onda defisit ola bilər.

Həmçinin xəstəlik vaxtı ferritin analizi də vermək düzgün deyil, çünki göstərici yuxarı olacaq. Ferritin analizi uşaq sağlam olanda verilməlidir. 

Durduq yerə uşaqlarda qaraciyər, B12 testləri verdirmək lazım deyil. İnsanlar düşünür ki, çox analiz verdirən yaxşı həkimdir. Yaxşı həkim analizlər verdirməkdənsə, əlamətlərə baxaraq qərar verə bilər”.

Billurə Yunus

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 Mart 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see388

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see225

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see194

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see133

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see132

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri