Həkim məsləhəti olmadan alınan vitaminlərin fəsadları
Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.
Günümüzdə həkim məsləhəti olmadan apteklərdən müxtəlif növ vitamin alanların sayı kifayət qədərdir. Bunda kənar məsləhətlərin, sosial medianın rolu böyükdür. Mütəxəssislər deyir ki, insanların qəbul etdiyi vitaminlər onları qorumaq əvəzinə səhhətlərində ciddi problemlərə səbəb olur, əks təsirlər göstərir. "Sadəcə vitamindir" deyib keçmək olmaz. Həkimlər bununla bağlı həyəcan təbili çalır.
Araşdırmalara görə, sağlam şəkilə diyetdə olmaq, mövsümə uyğun meyvə və tərəvəzlər yemək daha faydalı vitamin mənbələridir. Unutmayaq ki, satışda olan heç bir dərman mineral, təbii məhsullarla müqayisəyə belə gəlməz. Doğru qidalanma rejimi ilə orqanizmimizin ehtiyacları təmin edilə bilər.
Lakin ortada ciddi bir vitamin çatışmazlığı varsa, buna həkim baxmalı, hansı vitaminin gərəkli olduğunu və hansı miqdarda qəbul etmək barədə məlumat verməlidir.
Gəlin, sağlamlığımızı riskə atmayaq.
Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 07 Yanvar 2025 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















