Həkim xəstənin yaxını rolunda çıxış etməlidir
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Həkim qəbulu 45 dəqiqəyədək vaxt ala bilər”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Bakı Şəhər Herontoloji Mərkəzinin direktor vəzifəsini icra edən Nailə Əhmədova deyib.
Onun sözlərinə görə, pasientlə həkim arasında psixoloji bir bağlantı yaranmalıdır. N.Əhmədova bildirib ki, xəstə digər həkimlərə demədiyi nüansları həkim-pediatrla bölüşə bilir. Çünki bu həkim təkcə xəstəliyi yox, insanın yaşadığı mühiti də öyrənir.
“Bu, sadəcə müayinə ilə bitmir. Həkim-pediatr hətta pasientin deməyə utandığı məsələlər üçün də ona yardım göstərir. Xəstə əgər yaşlıdırsa, həkim onun yaxını rolunda çıxış etməli, ətraflı maraqlanmalıdır”, - deyə Nailə Əhmədova qeyd edib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 03 Dekabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















