Həkimdən burun spreyləri ilə bağlı xəbərdarlıq Müalocə etmir!
Icma.az xəbər verir, Medicina saytına əsaslanaraq.
Burun spreyi müalicə etmir.
Medicina.az xəbər verir ki, bunu lor, üz estetik cərrahı Qərhəman Qəhrəmanov bildirib.
Həkim deyib ki, 5 gündən çox istifadə damarları sıradan çıxarır, ödəmi artırır:
"Burun tutulanda hər-hansı sprey "otrivin", "snup, "glazalin" istifadə edirsinizsə, artıq tələdəsiniz. Bu müalicə deyil, yanğını benzinlə söndürməkdir. 5 gündən çox istifadə damarları sıradan çıxarır, ödəmi artırır. "Profilaktika üçün damızdırıram deyirsinizsə", bu tibbi absurddur. "Snup" qripi sağaltmır. Sadəcə simptomlarını gizlədir. Xəstəliyin özü isə böyüyür".
Q.Qəhrəmanov əlavə edib ki, burun tutulması zamanı burunu duzlu su ilə yumaq lazımdır:
"Otaq havası nəmləndirilməlidir. Quru hava burunu şişirdir. Allergiya varsa, dərman istifadə etməyib, həkimə müraciət etmək lazımdır. Əgər burun spreysiz açılmırsa, bu bir problemdir. Bunu gizlətmək yox araşdırmaq lazımdır. Özbaşına müalicə ilə vaxt itirirsiniz".
Aygün
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 15 Oktyabr 2025 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















