Icma.az
close
up
RU
Həkimdən qorxunc statistika: Hər iki kişidən biri sonsuzdur

Həkimdən qorxunc statistika: Hər iki kişidən biri sonsuzdur

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Kişi sonsuzluğu genetik anomaliyalar və ya piylənmədən qaynaqlana bilər".

Oxu.Az xəbər verir ki, bunu rusiyalı uroloq-androloq Dmitri Korolyov "İzvestiya"ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, dünya əhalisinin 17.6 faizi sonsuz hesab olunur. Kişilər arasında isə bu göstərici təxminən 50 faiz təşkil edir.

"Kişi sonsuzluğunun əsas səbəblərindən biri genetik anomaliyalardır. Məsələn, Klaynfelter sindromu əlavə X xromosomunun olması ilə xarakterizə olunur. Bu isə xayaların normal inkişaf etməməsinə və sperma istehsalının pozulmasına səbəb olur", - deyə həkim bildirib.

Mütəxəssisin sözlərinə görə, kişi sonsuzluğuna təsir edən amillərdən biri də varikoseldir. Bu zaman venoz qan axınının pozulması nəticəsində xayalıqda temperatur artır. Temperaturun yüksəlməsi spermanın normal yetişməsinə mane olaraq sonsuzluğa gətirib çıxara bilər.

Bundan əlavə, piylənmə kişilərdə testosteron səviyyəsinin azalmasına və estrogen səviyyəsinin artmasına səbəb olur. Həmçinin hipertoniya və diabet kimi xroniki xəstəliklər də spermatogenezi poza bilər.

Klinik halların təxminən 45 faizində isə konkret səbəb müəyyən edilmir. Xəstələrdə sperma sayının və ya konsentrasiyasının azalması kimi qeyri-müəyyən patospermiya müşahidə olunduqda, bu tip sonsuzluq idiopatik adlandırılır.

Korolyov qeyd edib ki, varikosel ilə əlaqəli sonsuzluq bəzi hallarda cərrahi yolla müalicə oluna bilər. Əgər səbəb hormonal disbalans və ya kişi klimaksi (andropauza) ilə bağlıdırsa, testosteron səviyyəsini artırmaq üçün müxtəlif üsullar tətbiq edilir. Bu, ya orqanizmin öz (endogen) testosteronunun stimullaşdırılması, ya da sintetik testosteron preparatlarının istifadəsi ilə həyata keçirilə bilər.

Onun sözlərinə görə, köməkçi reproduktiv texnologiyalar hazırda geniş tətbiq olunur. Bu üsullar hətta zəif sperma göstəriciləri olduqda belə, morfoloji və funksional baxımdan uyğun spermanın seçilərək yumurta hüceyrəsinin mayalandırılmasına imkan verir.

Həkim ümumi sağlamlığın qorunması üçün çəkinin normada saxlanılmasını, sağlam qidalanmanı və müntəzəm fiziki aktivliyi tövsiyə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Fevral 2026 02:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri