Icma.az
close
up
RU
Həkimdən Teymur Musayevə sərt etiraz: Nə vaxta qədər sizin səhvlərinizdən əziyyət çəkməliyik?

Həkimdən Teymur Musayevə sərt etiraz: Nə vaxta qədər sizin səhvlərinizdən əziyyət çəkməliyik?

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Hörmətli səhiyyə nazirimiz Teymur müəllim, istəyirəm ki, indidən oğlumun stomatoloq ixtisasına marağını artırım. Bunun üçün onunla söhbət etmişəm, nəticəsi də var. Onun 11 yaşı var, planlarımızı indidən qururuq". 

"Unikal" xəbər verir ki, bu sözləri həkim Rəsul Nurəddinov "Facebook" hesabında yazıb.

"Mənim kimi bir çox kolleqalarım da bu mövzuda öz övladları ilə söhbət edirlər. Amma şəxsən sizə bir neçə sualım var, ümid edirəm ki, bu suallara cavab alınacaq. Çünki planımızın reallaşması sizin cavabınızdan asılıdır.

Həkimlər sizdən narazıdır. Biz həkimləri çox incidirsiniz, sertifikasiya imtahanlarında suallara səhv cavab yazmağı tələb edirsiniz ki, imtahan komissiyası onu düzgün kimi dəyərləndirsin. Bununla da sertifikasiya sənədimiz əlimizdə olsun ki, ali təhsilimiz növbəti 5 ildə tamamlanmış hesab olunsun; bizə sertifikasiya imtahanlarında lazımsız sualları verirsiniz; bizdən 50 qəpiyə satılan, gülüş doğuran xəstəlik kartlarını doldurmağımızı tələb edirsiniz ki, klinika cərimələnməsin; klinikalara lisenziyanın alınması üçün lazımsız tələblər qoyursunuz.

İstəmirəm ki, mənim oğlum da stomatoloq olanda 2025-ci ildə olan biabırçılıqla üzləşsin. Əgər hər şey belə davam etsə, ölkədə həkim valideynlər öz övladlarını həkim kimi görmək istəməyəcək və ya xaricdə fəaliyyətləri üçün çalışacaqlar. Bu, nə sizin, nə bizim, nə də dövlətimizin marağında deyil. 

Nə vaxta qədər sizə həvalə olunan xalqın həkim qismi sizin səhvlərinizdən əziyyət çəkməlidir? Bəlkə bizi eşidəsiniz? Axı sizin bu mövqeyinizi illərin həkimləri dəstəkləmir, sizin yanlış yolda olduğunuzu deyir. Biz nə edək ki, bizi eşidəsiniz?

Səhiyyəmizdə olan böyük problemlərin həlli yollarını kim cənab nazirimiz Teymur müəllimə bizdən daha yaxşı çatdıracaq? Bizim məqsədimiz ancaq səhiyyəmizin və həkimlərimizin inkişafıdır", - deyə o qeyd edib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Fevral 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri