Icma.az
close
up
RU
Həkimin əsas vəzifəsi yaşatmaqdır

Həkimin əsas vəzifəsi yaşatmaqdır

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Səhiyyə sahəsində baş verən itki ilə bağlı səsləndirilən fikirlər cəmiyyətdə rezonans doğurub".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov danışıb.

Mütəxəssis Milli Onkologiya Mərkəzində baş verən partlayıçda dünyasını dəyişən həkim-radioloq Asif Nəsirlinin ailəsinə başsağlığı verərək bu hadisənin Azərbaycan səhiyyəsi üçün ciddi itki olduğunu bildirib:

“Allah rəhmət eləsin, ruhu şad olsun, ailəsinə səbir diləyirəm. Həqiqətən də bu, Azərbaycan səhiyyəsi üçün itkidir. Biz istəməzdik ki, belə hallar baş versin”.

Onun sözlərinə görə, bu kimi hadisələr acı olsa da, reallıqdan qaçmaq mümkün deyil və cəmiyyət olaraq məsuliyyət daha da artır:

“Təəssüf ki, reallıqdan da qaça bilmərik. İstər psixoloji, istər texniki baxımdan məqsədimiz eynidir - cəmiyyətimizdə belə halların qarşısını almaq”.

R.Nəcəfov vurğulayıb ki, bu istiqamətdə yalnız həkimlərin deyil, bütövlükdə cəmiyyətin üzərinə məsuliyyət düşür:

“Bu halların qarşısını almaq üçün həm tibb işçiləri, həm həkimlər, həm də cəmiyyət olaraq birlikdə məsuliyyət daşıyırıq. Bir-birimizə olan münasibətimizi və etimadımızı risk altına atmamalıyıq”.

O əlavə edib ki, insan həyatının qorunması hər şeydən önəmlidir:

“Bizim əsas vəzifəmiz yaşamaqdır, həkimin əsas vəzifəsi isə başqasını yaşatmaqdır. Nə olursa olsun, biz yaşamağı və yaşatmağı öyrənməliyik”.

Mütəxəssis sonda bildirilib ki, həm insanlıq, həm də peşə məsuliyyəti baxımından gələcəyə daha sağlam yanaşma formalaşdırmaq vacibdir:

“Əlimizdən gələni etməliyik ki, həm insan olaq, həm də peşəmizin müqəddəsliyini qoruyaraq gələcək üçün daha yaxşı düşüncələr formalaşdıraq”.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 May 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri