Həkimlər bunu da bacardı: Xəstənin tam itirilmiş görmə qabiliyyəti bərpa olundu
Icma.az bildirir, Bizim media portalına istinadən.
İspaniyanın Elçe şəhərində yerləşən Migel Ernandes Universitetinin alimləri CIBER-BBN tədqiqat mərkəzi ilə birgə gözləri tamamilə görməyən pasiyentin görmə qabiliyyətini qismən bərpa ediblər. Bu, beynin görmə qabığının elektrostimulyasiyası yolu ilə mümkün olub.
Bizim.Media xəbər verir ki, tədqiqatın nəticələri "Brain Communications" jurnalında dərc olunub.
Məlumata görə, pasiyent görmə sinirinin zədələnməsi nəticəsində üç ildən artıq müddət ərzində görmə qabiliyyətini tamamilə itirib.
Eksperiment çərçivəsində pasiyentin beyninin vizual məlumatların emalına cavabdeh olan ilkin görmə qabığına cərrahi üsulla 100 mikroelektroddan ibarət implant yerləşdirilib.
Elektrostimulyasiya nəticəsində pasiyentdə fosfenlər - sadə işıq hissləri yaranıb. Bununla paralel olaraq o, hər gün azı 30 dəqiqə müddətində xüsusi görmə məşqləri edib, işıq, hərəkət, forma, hərf və rəqəmlərin qavranılmasına dair testlərdən keçib.
Nəticədə pasiyentin görmə kəskinliyi, formaları və hərfləri tanıma qabiliyyəti, eləcə də hərəkət koordinasiyası yaxşılaşıb.
Alimlər qeyd ediblər ki, əldə olunan nəticə hələlik yalnız bir pasiyentdə müşahidə olunub və bu, onun fərdi xüsusiyyətləri ilə bağlı ola bilər.
Bununla belə, tədqiqat beynin görmə funksiyalarını bərpa etmək potensialına malik olduğunu göstərir və ağır görmə zədələri olan şəxslərin reabilitasiyası üçün yeni yanaşmaların, o cümlədən qeyri-invaziv neyrostimulyasiya üsullarının hazırlanmasına imkan yarada bilər. (Oxu.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 04 Fevral 2026 08:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















