Icma.az
close
up
RU
Həkimlər ömrü qısaldan 10 gündəlik vərdişi açıqlayıb SİYAHI

Həkimlər ömrü qısaldan 10 gündəlik vərdişi açıqlayıb SİYAHI

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Lazımsız dərman qəbulu, nəzarətsiz stress və yaşlılıq üçün planın olmaması – bütün bunlar uzun və sağlam ömrü qısaldan vərdişlərdəndir.

Uzun ömür yaşamaq istəyirsinizsə, heç nəyi axarına buraxmaq olmaz.

Uzun və sağlam bir ömür yaşamaq bir çox insanın hədəfidir, lakin buna nail olmaq asan deyil. Genetika kimi nəzarət olunmayan faktorların böyük rolu olsa da, həkimlər gündəlik vərdişlərin də sağlam yaşlanma və uzunömürlülüyə ciddi təsir etdiyini deyirlər.

Tribunainfo.az xarici mətbuata istinadən ömrü qısaldan 10 gündəlik vərdişi təqdim edir:

1. Profilaktik müayinələri görməməzlikdən gəlmək
Həkim Hizer Uitson deyir ki, mammoqrafiya, kolonoskopiya və peyvəndlər kimi profilaktik tədbirlərin nəzərə alınmaması uzunmüddətli sağlamlıq üçün zərərlidir.
“Bu, maşını servisdən keçirməməyə bənzəyir. Texniki qulluq olunmazsa, maşın da çox yaşamaz,” – deyə Uitson bildirib.

2. Sosial əlaqələri inkişaf etdirməmək
Həkim Li Lindkvistin sözlərinə görə, sosiallaşma beyin və uzunömürlülük üçün çox vacibdir.
İnsan yaşlandıqca çevrəsi daralır, ona görə də yeni insanlarla tanış olmaq və sosial münasibətləri davam etdirmək xüsusilə vacibdir.

3. Yaşlandıqca dərman qəbulunu uyğunlaşdırmamaq
Lindkvist qeyd edir ki, bir çox insan 40-50 yaşda başladığı dərmanları 70-80 yaşda da içir, halbuki onlar yaşlılara uyğun olmaya bilər.
Bəzi dərmanlar yaddaş itkisinə, yuxu dərmanları isə yıxılma riskinə səbəb ola bilər.

4. İdman etməmək
“İdman çox vacibdir. Hərəkətsizlik və az hərəkətli həyat tərzi ömrü qısaldır,” – deyə Lindkvist bildirib.
Amerika Ürək Assosiasiyasına görə, həftədə azı 150 dəqiqə orta intensivlikli və ya 75 dəqiqə güclü idman tövsiyə olunur.

5. Siqaret çəkmək
Siqaret çəkmək ağciyər xərçəngi, ürək xəstəlikləri, insult və digər bir çox xəstəliklərlə əlaqələndirilir. Siqareti buraxmaq çətin olsa da, bu addım həyat keyfiyyətini artırır.

6. Sağlam olmayan qidalanma
Uitson deyir ki, qidalanma vərdişlərinə diqqət yetirmək ömrü uzatmağın yollarındandır.
O, Aralıq dənizi tipli – balıq, meyvə, tərəvəz, taxıl və az işlənmiş qidalarla zəngin pəhrizi tövsiyə edir.

7. Yuxusuzluq
Uitson bildirir ki, yuxu çatışmazlığı demensiya, ürək xəstəlikləri, stress və əhval pozuntusu riskini artırır.
Yetkinlər üçün gündə 7-9 saat yuxu tövsiyə olunur.

8. Stressi nəzarətsiz buraxmaq
“Stress real fiziki təhdid olmasa belə, bədənimiz buna fiziki reaksiya verir,” – deyə Uitson vurğulayır.
Bu, immun sistemini zəiflədir, maddələr mübadiləsini, yuxunu, təzyiqi və daha çox şeyi pozur.
Stressin azaldılması üçün psixoloqa müraciət etmək və ya stress mənbələrini həyatınızdan çıxarmaq tövsiyə olunur.

9. Gələcək sağlamlığını planlamamaq
Lindkvist deyir ki, 70-90 yaş arası dövr “həyatın dördüncü rübü” sayılır və bu dövrdə daha çox xəstəxana və yaddaş itkisi halları baş verir.
Buna görə də yaşlılıq üçün planlar qurmaq – ailənin yanına köçmək, evdə qulluq, qocalar evinə keçid və ya xəstəxanaya yaxınlıq kimi məsələləri əvvəlcədən düşünmək vacibdir.

10. Maliyyə gələcəyini planlamamaq
Uitson deyir ki, yaşlı insanların yığımlarının bitməsi onu ən çox kədərləndirən hallardandır.
“90 yaşlı xəstələrim deyirlər ki, bu qədər uzun yaşayacaqlarını gözləmirdilər və təqaüddən sonra 30 il özlərini təmin etməli olacaqlarını düşünmürdülər.”

İmran Kərimli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 02 İyun 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri