Icma.az
close
up
RU
Həkimlər xəbərdarlıq edir İstidə fəst fud ölüm riskini artırır!

Həkimlər xəbərdarlıq edir İstidə fəst fud ölüm riskini artırır!

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Həkimlər istidə "fəst-fud"un təhlükələri barədə xəbərdarlıq ediblər. “Medicina” xəbər verir ki, endokrinoloq, dietoloq Daria Xaykina xəbərdarlıq edib.  “Əcdadlarımız həmişə yayda yüngül, rahat qidalar yeyirdilər, əsas da mövsümi tərəvəzlərdən atlama, doğramac, təzə kartof, badımcan. Onlar təzə tərəvəzlərdən, göyərtilərdən, giləmeyvələrdən, süd məhsullarından, çovdar və ya arpa unundan hazırlanan sıyıq və xörəklər hazırlayardı. İsti havada yağlı yeməklər çox pis birləşmədir. Çünki yayda həzm sistemi fərqli işləyir: mədəyə qan axını azalır (qan bədəni sərinləmək üçün dəriyə "yönəldilir), bu da ağır qidaların yavaş həzm olunması deməkdir. Nəticədə ağırlıq, şişkinlik və yuxululuğa səbəb olur. Duz və şəkər isə susuzluğu artırır. "Fəst-fud"da çoxlu duz, şəkər və digər dadlandırıcılar var. İstidə susuzluğa, təzyiqin qalxmasına və ödemə səbəb olur”. Digər tərəfdən yağlı qidaların həzm edilməsi özlüyündə daxili istiliyini artırır. İstiliklə birlikdə bu, ürək və qan damarlarına əlavə bir yükdür. Nəzərə alın ki, susuzluq iştaha ilə maskalanır. İstidə iştah azalır, lakin yüngül susuzluq hiss etsəz, acırmış kimi  düşünəcəksiz. Çox vaxt bu vəziyyətdə insan fəst-fuda əlini uzadır. Bundan qaçmaq üçün, xüsusilə istidə, acanda bir stəkan su için”.

Qeyd edək ki, isti havalarda yüngül, sərinləşdirici qidalardan istifadə edilməli olduğunu çoxları bilir. Məsələ burasındadır ki, insanların az bir qismi bildiyi gerçəyə əməl edir. Sağlam qidalanma üzrə türkiyəli mütəxəssis, professor Canan Karatayın sözlərinə görə, isti havalarda bol su, duzlu su (qaya duzu), qatıq, ayran, pendir, qatıqlı semizotu istehlak etmək vacibdir. Qızardılmış yeməklərdən qaçınmaq və yüngül qızardılmış yeməklər və menemen (pomidor-yumurta) kimi sağlam seçimlərə üstünlük vermək faydalıdır. D vitamini ilə zəngin olan günəş işığından yararlanmaq və bu vitamini dəstəkləyən qidalardan istifadə etmək də vacibdir. Canan Karatayın isti havalar üçün tövsiyə etdiyi qidalar bunlardır:

Bol su və duzlu su: Bədənin nəmləndirici ehtiyaclarını ödəmək və elektrolit balansını qorumaq vacibdir. Qaya duzu ilə hazırlanan su, tərlə itirilən mineralları əvəz etməyə kömək edə bilər.


Qatıq və ayran: Probiotiklərlə zəngin olan qatıq və ayran bağırsaq sağlamlığını dəstəkləyir və həzmə kömək edir.

Pendir: Ağ pendir və tulum pendiri kimi növlər xüsusilə yaxşı seçimdir. Pendir zülal və kalsium mənbəyidir.

Qatıq və tzatziki: Semizotu və xiyar kimi soyuducu tərəvəzlər, qatıqla birlikdə qidalı və təravətləndirici yemək verir.

Menemen: Yumurta, yağ və pomidorla hazırlanan menemen sağlam yeməklərdən hesab edilir.  

Ağ ət: Qızardılmış qidalardan qaçınmaq və bunun əvəzinə balıq və ya toyuq kimi sağlam zülal qaynaqlarını qızartmaqla istehlak etmək faydalıdır.

Zeytun, zeytun yağı və kərə yağı: Sağlam yağ qaynağı olan zeytun, zeytun yağı və kərə yağı Karatay pəhrizinin olmazsa olmazıdır.

Meyvə: Mövsümdə təzə meyvələrə, xüsusilə çiyələk kimi C vitamini ilə zəngin olanlara üstünlük verilə bilər.

Quru meyvələr: Badam, fındıq və qoz kimi çərəzlər qəlyanaltılar üçün sağlam alternativdir.


Canan Karatay isti havalarda bu qidalardan çəkinməyi tövsiyə edir:

Qızardılmış yeməklər: Onlar yağlı və ağır olduqları üçün həzmə maneə törədir və çəki artımına səbəb ola bilər.

Şəkərli içkilər və dadlandırıcılar: Onlar qan şəkərini sürətlə yüksəldərək aşağı salaraq orqanizmə zərər verirlər.

Tərkibində ağ un və nişasta olan qidalar: Ağ çörək, makaron, düyü kimi karbohidratlı qidalar.

Hazır yeməklər və "fəst-fud": Onlar sağlamlıq üçün zərərlidir, çünki tərkibində əlavələr və yüksək kalori var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 İyul 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri