“Həkimlərimiz Vətən müharibəsində əsgərlərimizlə birlikdə ölümə meydan oxuyub, fədakarlıqlar göstərib”
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Elman Məmmədov: “Şəfa cəbhəsi” filmi həkimlərimizin qəhrəmanlığının təbliği baxımından son dərəcə əhəmiyyətlidir”
Bugünlərdə 8 Noyabr Zəfər Günü münasibətilə çəkilən və tibb işçilərinin Vətən müharibəsindəki fəaliyyətinə həsr olunan “Şəfa cəbhəsi” filminin təqdimat mərasimi keçirilib. TƏBİB tərəfindən hazırlanan filmdə həkimlərimizin 44 günlük Vətən müharibəsindəki fədakarlığı, yaralı hərbçilərimizin həyatını qurtarmaq üçün apardığı mübarizə öz əksini tapıb.
Filmlə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, bu cür filmlərin Vətən müharibəsində fədakarlıq sərgiləyən həkimlərimizin tanıdılması, onların qəhrəmanlığının təbliği baxımından mühüm rol oynadığını bildirib:
“44 günlk Vətən müharibəsində həkimlərimizin göstərdiyi qəhəmanlıqların ictimaiyyətə tanıdılması olduqca vacib bir məsələdir. Bu sahədə atılan hər bir addım yüksək dəyərləndirilməlidir. Döyüşən igidlərimizlə yanaşı, yaralı hərbçilərimizin sağlamlığının keşiyində duran həkimlərimizin, tibb bacılarımızın fədakarlığı alqışa və ehtirama layiqdir. Onlar əsgərlərimizlə bərabər ölmün gözünə dik baxıb, öz həyatlarını təhlükəyə ataraq əsgərlərimizin həyatını xilas edib. Onların göstərdiyi bu fədakarlıq ciddi şəkildə dəyərləndirilməli və işıqlandırılmalıdır.
Mən “Şəfa cəbhəsi” filmini müharibədə böyük cəsarət və qəhrəmanlıq sərgiləyən tibb işçilərimizin cəmiyyətə tanıdılması baxımından mühüm hadisə hesab edir, bu filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Hesab edirəm ki, bundan sonra da bu cür filmlərin çəkilməsi dqiqət mərkəzində olmalı, bu istiqamətdəki səylər davam etdirilməlidir”.
Məlumat üçün qeyd edək ki, TƏBİB tərəfindən çəkilən filmin ideya və ssenari müəllifi, həmçinin rejissoru Elnur Hidayətoğludur.
Seymur ƏLİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 18 Noyabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















