Həkimlərin maaşlarının verilməməsi ilə bağlı AÇIQLAMA
Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində əməkhaqqı ödənişləri mövcud qanunvericiliyə və əmək müqavilələrinin şərtlərinə uyğun olaraq növbəti ayın 10-dək həyata keçirilir.
Metbuat.az xəbər verir ki, bunu TƏBİB Teleqraf-ın rayonlarda həkimlərin məvaciblərinin verilməməsi ilə bağlı sorğusuna aydınlıq gətirən zaman bildirib.
"Hazırda yeni sistemə keçidlə bağlı zəruri sənədləşmə prosesi tamamlanıb və əmək haqlarının ödənişi təmin olunub", - məlumatda vurğulanıb.
Qeyd edək ki, Mingəçevir, Bərdə, Tərtər, Ağdam, Qəbələ və Ağcabədi rayonlarında fəaliyyət göstərən Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzlərinin işçi heyəti Teleqraf-a müraciət edərək, ötən ayın məvaciblərini ala bilmədiklərini bildirmişdilər.


