Icma.az
close
up
RU
Həkimlərin maaşının artırılması ilə bağlı YENİ AÇIQLAMA

Həkimlərin maaşının artırılması ilə bağlı YENİ AÇIQLAMA

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov komitənin sentyabrın 17-də keçirilən iclasında deyib.

O xatırladıb ki, son zamanlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB kimi qurumların fəaliyyətinin optimallaşdırılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən bir neçə sənəd imzalanıb:

"Bu istiqamətdə hazırda kifayət qədər ciddi tədbirlər həyata keçirilir və həmin qurumlarda islahatlar aparılır. Biz əminik ki, bu islahatlar müsbət nəticələnəcək və öz müsbət effektini verəcək".

Deputat vurğulayıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin əməkhaqqının artırılması təşəbbüsü ilə çıxış edib və bu təşəbbüs Prezident tərəfindən çox müsbət qarşılandı və 72 mindən çox tibb işçisinin əməkhaqqı artırılıb.

"Tibb işçiləri bundan sonra kifayət qədər, yəni müvafiq əməkhaqqı alacaqlar. Bu, xüsusilə bölgələrdə çalışan tibb işçilərinə aiddir."

O qeyd edib ki, dəfələrlə burada müzakirə etmişik ki, bölgələrdə tibb işçilərinin qıtlığı var:

"Xüsusilə həkim çatışmazlığı ilə bağlı həm Səhiyyə Komitəsində, həm plenar iclaslarda, həm də dinləmələrdə bölgələrdə kadr və həkim çatışmazlığını həmişə müzakirə etmişik. Mən əminəm ki, tibb işçilərinin əməkhaqqının artırılması bu problemin həllinə böyük təkan verəcək".

Ə.Əmiraslanov deyib ki, bu addım nəticəsində tibb işçilərinin illik əməkhaqqı fondu 189 milyon manat artırılıb.

"Bu, çox böyük rəqəmdir. Mən hesab edirəm ki, bu, tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində atılmış çox mühüm addımlardan biridir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Sentyabr 2026 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri