Icma.az
close
up
RU
“Hələ 2001 ci ildə Ramiz Mehdiyevin bu addımını...” AÇIQLAMA

“Hələ 2001 ci ildə Ramiz Mehdiyevin bu addımını...” AÇIQLAMA

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ramiz Mehdiyevin milli dövlətçiliyimizə, Ulu Öndər Heydər Əliyevin siyasi mirasına və onun müəyyən etdiyi siyasi xəttə uzun illər mənfi yanaşması var idi. Ulu Öndər xaricdə müalicə olunduğu dövrdə Ramiz Mehdiyevin bu proseslərə münasibəti, onun mövqeyi mediada və siyasi gedişlərdə açıq görünürdü”.
Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Fəzail Ağamalı deyib. 
O bildirib ki,  həmin illərdə “Azadlıq”, “Müsavat”, “Yeni Müsavat” və digər müxalif qəzetlərdə dərc olunan bir çox yazılar, köşə məqalələri və məlumatlar Heydər Əliyevin siyasi xəttini gözdən salmaq, onun dövlətçilik ideyalarını zədələmək məqsədi daşıyırdı:
“Mənə çatmış bir neçə etibarlı mənbələrin məlumatına görə, həmin kampaniyanın arxasında Ramiz Mehdiyev dayanırdı. 2001-ci ildə “Neytral” qəzetinə verdiyim geniş müsahibədə bu məkrli fəaliyyətlə bağlı fikirlərimi açıq bildirdim. Mən Ramiz Mehdiyevi Ulu Öndərin siyasi kursuna və komandaya xəyanətdə ittiham etdim və bu addımı milli dövlətçilik prinsipləri baxımından şərəfsizlik hesab etdiyimi bəyan etdim. Bir aya qədər mətbuatda bununla bağlı çoxlu məqalələr, təhlillər, şərhlər yayıldı. Ramiz Mehdiyevin Rusiyadan idarə olunması, Heydər Əliyevdən sonra hakimiyyətə gəlmək üçün çalışması da o dövrdə açıq görünürdü. Kremlin siyasi dairələri onu Ulu Öndərdən sonra mümkün namizəd kimi təqdim edir, onun reytinqinin yüksəldilməsi üçün informasiya mühiti formalaşdırılırdı. Biz isə həmin illərdə açıq şəkildə bildirirdik ki, Heydər Əliyevdən sonra hakimiyyətə gələcək yeganə siyasi fiqur İlham Əliyevdir. Yaratdığım İntibah Sosial-Siyasi Araşdırmalar Mərkəzi həmin proseslərin ictimaiyyətə çatdırılmasında, yüzlərlə məqalə və analitik materialla informasiya mübarizəsində fəal iştirak etdi”. 
Sabiq millət vəkili diqqətə çatdırıb ki, Ramiz Mehdiyevin mövqeyinə qarşı Siruz Təbrizli, Dövər Allahverdiyev, Əli İnsanov, Əli Nağıyev kimi şəxslər də müxtəlif platformalarda etirazlarını bildirirdilər:
“Biz Kremlin Ramiz Mehdiyev üzərindən aparmaq istədiyi siyasi planların qarşısının alınmasında müəyyən rol oynadıq. Sonrakı illərdə Mehdiyevin fəaliyyəti daha qabarıq şəkildə görünməyə başladı. O, müxalifət qəzetləri və siyasi qruplarla əlaqələr quraraq özünü siyasi mərkəzə çevirməyə çalışırdı. 2003-cü ildə İlham Əliyevin prezident seçilməsindən sonra hakimiyyət daxilində müəyyən kadr dəyişiklikləri baş verdi və bir çox sadiq şəxslər sistemdən uzaqlaşdırıldı. “Ana Vətən” Partiyasına qarşı uzun illər davam edən təzyiqlər də bu çərçivədə idi və proses demək olar ki, 20 ilə yaxın davam etdi. Bu müddətdə Ramiz Mehdiyev nə milli dövlətçilik ideyasını dəstəklədi, nə də Ulu Öndərin siyasi kursuna sadiqlik nümayiş etdirdi. Əksinə, o, müxalifətin müxtəlif qanadları, xüsusilə də Əli Kərimli ilə əməkdaşlıqda ittiham olunurdu. Bu gün baş verənlər isə faktiki nəticədir.Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı istintaq nəticəsində Ramiz Mehdiyev, həmçinin Əli Kərimli və onun ətrafı istintaqa cəlb olunub. Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və korrupsiya əməllərinə görə cinayət işi üzrə araşdırılır”.
F.Ağamalı istintaq prosesini obyektiv və ədalətli hesab etdiyini deyib:
“Xüsusilə Əli Nağıyevin DTX-ya rəhbər gətirilməsindən sonra dövlətə qarşı yönəlmiş xarici şəbəkələrin və daxili xain qüvvələrin ardıcıl ifşası aparılıb. Hazırda gedən proses də həmin xəttin davamıdır və cəmiyyət tərəfindən dəstəklənməkdədir. Bu şəxslər ölkə daxilində yetərli sosial dayağa malik olmadıqları üçün fəaliyyətlərini uzun illər xarici dəstək üzərində qurmağa cəhd ediblər. Rusiyanın və İranın müəyyən dairələrindən aldıqları siyasi mesajlar əsasında hərəkət etmələri barədə iddialar var. Lakin bu cəhdlərin perspektivsiz olduğu artıq aydındır. Dövlətçiliyimiz güclüdür, siyasi iradə qətidir və bu iradənin mərkəzində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev dayanır. Ramiz Mehdiyev və onun kimi şəxslərin məğlubiyyəti tarixi proseslərin məntiqi nəticəsidir”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Dekabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri