Icma.az
close
up
RU
Hələ də başa düşə bilmirəm ki, 2025 ci ildə bu kolleclər nəyə xidmət edir? Elşən Qafarov

Hələ də başa düşə bilmirəm ki, 2025 ci ildə bu kolleclər nəyə xidmət edir? Elşən Qafarov

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Peşə məktəblərində illik təhsil haqqı 1800-2000 manata kimi qaldırılıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirdi ki, bu gün müəyyən peşə sahələri üzrə böyük tələbat var və əmək bazarında bu peşələrə ehtiyac hiss olunur:

"Mənim yanaşmam belə deyil ki, bu peşə məktəbidir deyə, burada təhsil haqqı ucuz olmalıdır. Əsas məsələ, işçi kadrın necə hazırlanmasıdır yəni, əmək bazarına çıxıb, tələb olunan səviyyədə işləmək bacarığına malik mütəxəssislər yetişdirilirmi? Mən arzulayardım ki, bizim peşə təhsili müəssisələri kadr hazırlığı baxımından elə bir səviyyəyə yüksəlsinlər ki, bu sahəyə münasibət də dəyişsin. Bir neçə universitet istisna olmaqla ali təhsil bərbad vəziyyətdədir, biz ali təhsilli kadr yetişdirə bilmirik. Gənclərin dörd ilini alırıq, amma nəticədə onlara bir diplomdan başqa heç nə verə bilmirik. Digər tərəfdən, kolleclər də ödənişli əsaslarla fəaliyyət göstərir və illik 900-1000 manat civarında ödənişlər tələb olunur. Mən hələ də başa düşə bilmirəm ki, 2025-ci ildə bu kolleclər nəyə xidmət edir və bu qədər xərc nə üçündür? Halbuki beynəlxalq təcrübədə kolleclər artıq ali məktəblərin bir pilləsidir".

Ekspert hesab edir ki, peşə məktəbləri isə əmək bazarının tələblərinə uyğun şəkildə inkişaf etməlidir.

"Heç kim təhsil almağa məcbur deyil. Peşə məktəbində ödəniş 5000 manat olsa belə və insanlar həmin ödənişi edib təhsil alırlarsa, həmçinin bilirlərsə ki, nəticədə əmək bazarına lazım olan, potensiallı bir kadr kimi yetişəcəklər, bu, sevindirici haldır. Ancaq reallıq budur ki, biz hələ də peşə məktəblərini ali təhsil müəssisələri ilə eyni tutmaqdan və ya onları ikinci, üçüncü, ən aşağı səviyyəli təhsil müəssisəsi kimi görməkdən uzaqlaşmalıyıq" , - deyə Elşən Qafarov qeyd etdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Avqust 2025 01:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri