Icma.az
close
up
RU
“Hələ dövlət xəzinəsinin tam formalaşmadığı bir durumda onun başçılığıyla Azərbaycan hökuməti böyük işlər gördü...”

“Hələ dövlət xəzinəsinin tam formalaşmadığı bir durumda onun başçılığıyla Azərbaycan hökuməti böyük işlər gördü...”

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Osmanlı ordusu ilə birgə müzakirələr aparan Fətəli Xan Xoyski və Azərbaycan hökuməti əhalini səfərbər edərək çox mühüm addımlar atdılar. Azərbaycan Ordusunun yaradılması, səfərbərlik elan edilməsi və adamların orduya cəlb olunması bu addımlardan yalnız bir neçəsidir...”

-Fətəli Xan Xoyski 1918-ci il mayın 25-də Zaqafqaziya Seyminin iclasında  artıq Seymin dağılacağına dair məlumat almışdı və Seymin müsəlman fraksiyasının üzvləri də ona bildirmişdilər ki, may ayının 26-dakı iclasda gürcülər Seymdən çıxacaqlar. Buna görə də Seymin müsəlman fraksiyasının üzvləri Fətəli Xan Xoyskiyə gürcülərlə görüşüb vəziyyəti aydınlaşdırmağı təklif etdilər. Yəni əgər doğrudan da mayın 26-dakı iclasda gürcülər Seymdən çıxacaqlarsa, müsəlmanlar da buna müvafiq qərar qəbul etməliydilər. Beləliklə, Xoyski Seymin gürcü fraksiyasının Çixenkeli, Çixeidze, Şireteli, Qvazava və digər rəhbərləri ilə  ilə görüşdü və məlum oldu ki, həqiqətən də gürcülər mayın 26-da Seymdən çıxmağa qərar veriblər. O, geri dönüb bu barədə məlumat verdikdən sonra müsəlman fraksiyasının nə etməli olduğu müzakirə edildi. Təbii ki, mayın 27-də Seymin iclasının keçirilməsində və mayın 28-də Azərbaycan İstiqlal Bəyannaməsinin qəbul olunmasında, yeni hökumət kabinetinin yaradılmasında da Fətəli Xan Xoyskinin müstəsna xidməti olub. O bu məsələlərlə bağlı o dövrdə Batumda olan Məhəmməd Əmin Rəsulzadə ilə mütəmadi əlaqə saxlayıb müzakirələr aparırdı. Məhz Rəsulzadənin təklifi ilə Cümhuriyyət hökumətinin ilk baş naziri və daxili işlər naziri vəzifəsi Fətəli Xan Xoyskiyə həvalə olundu.” 

Bunu Moderator.az-a açıqlamasında “Azərbaycan Demokratik Respublikasının qurulmasını dünyaya radioqramlarla elan etmiş Fətəli xan Xoyskinin müstəqil dövlətimizdəki fəaliyyəti geniş ictimaiyyəti bəlli olmayan daha hansı parlaq xidmətləri ilə yadda qalıb?” sualını cavablandırarkən tanınmış tarixçi alim, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz dilə gətirib.

Davamında tarixçi alim 1918-ci ilin sentyabrında Bakının bolşevik-daşnak birləşmələrindən azad olunması işində F.Xoyslinin xidmətlərindən də bəhs edib:  

“Xoyski qısa müddətdə Tiflisdə çox böyük işlər gördü.  O, 1918-ci ilin mayın 30-da  müxtəlif ölkələrin dövlət başçılarına radioqramlar göndərərək  Zaqafqaziyanın cənub və şərqində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması haqqında məlumat verdi,. Radioqramlarda qeyd olunurdu ki, Bakı müvəqqəti olaraq yadelli işğalçıları tərəfindən zəbt edildiyi üçün Azərbaycan Cümhuriyyətinin müvəqqəti mərkəzi Gəncə olacaq.

1918-ci ilin iyul ayında Azərbaycan hökuməti Gəncəyə köçdükdən sonra Fətəli Xan Xoyskinin bacarığı, diplomatik qabiliyyəti və birləşdiricilik xarizması və dünyagörüşünün olması bu çətin dövrün çox əhəmiyyətli amillərindən biri oldu. Həmin dövrdə Osmanlı ordusuna rəhbərlik edən Nuru Paşa ilə münasibətlərdə müəyyən narazılıqların yaranmışdı. Lakin Məhəmməd Əmin Rəsulzadənin uzaqgörən vasitəçiliyi ilə bu narazılıqlar aradan qaldırıldı və elə onun təklifi ilə 12 nəfərdən ibarət ikinci hökumət quruldu. Bu yeni hökumətin də başçısı olan Fətəli Xan Xoyski həm də ədliyyə naziri vəzifəsini yerinə yetirdi.  Xoyskinin  əsas ağır vəzifəsi həm hökuməti yenidən təşkil etmək, müvəqqəti idarəetmə strukturlarını formalaşdırmaq, xüsusilə də ölkənin daxilində idarəçilik işlərini bərpa etmək idi. Onun üçün ən mürəkkəb və çətin məsələlərdən biri Bakı şəhərinin xarici işğalçılardan azad edilməsi idi. Bu məsələdə Osmanlı ordusu ilə birgə müzakirələr aparan Fətəli Xan Xoyski və Azərbaycan hökuməti əhalini səfərbər edərək çox mühüm addımlar atdılar. Azərbaycan Ordusunun yaradılması, səfərbərlik elan edilməsi və adamların orduya cəlb olunması bu addımlardan yalnız bir neçəsidir. Eyni zamanda, türk dilinin dövlət dili elan edilməsi və Azərbaycanın yer adlarının geri qaytarılması məsələləri də gündəmdə idi. Çar hökuməti zamanında 5 mindən yuxarı yer adını dəyişdirmişdi. Xüsusən də Yelizavetpol adlandırılmış Gəncə şəhərinin adının qaytarılması, Cəbrayıl bölgəsinin adının qaytarılması  və s. mühüm işlər idi... 

Qısa müddət ərzində, çox çətin şəraitdə, demək olar ki, hələ dövlət xəzinəsinin tam formalaşmadığı bir durumda Fətəli Xan Xoyski və Azərbaycan hökuməti var qüvvəsi ilə çalışaraq böyük işlər gördü. 1918-ci ilin sentyabrın 15-də Bakının azad edilməsi və hökumətin Bakıya köçməsi ilə Azərbaycan Cümhuriyyəti öz ərazi bütövlüyünü təmin etmək yolunda mühüm addım atdı. Fətəli Xan bu prosesdə böyük əməyi olan şəxslərdən biri idi...” 

“Bir qədər sonra Azərbaycan parlamentinin yaradılması ilə bağlı qərar qəbul edildi. Bu parlament Azərbaycanın müxtəlif etnik və dini icmalarını təmsil edən nümayəndələrdən ibarət oldu. Ermənilər, ruslar, yəhudilər, polyaklar və digər millətlərin nümayəndələri də bu parlamentdə təmsil olundu. Eyni zamanda, Azərbaycan hökumətinin üçüncü kabineti qurularkən, bu kabinetin tərkibində də çoxmilli bir yanaşma nəzərə alındı və erməni və rus əsilli şəxslər də hökumətə dəvət edildilər. Lakin həmin dövrdə erməni Milli Şurası hökumətdə iştirak etməkdən imtina etdi. 12 nəfərlik hökumət kabinetində 3 nazir postu rus milli şurasına verildi. Nəticədə xeyli müddətdə Azərbaycan Xalq Cümhuriyyətini dövlət kimi tanımaqdan imtina edən ingilis generalı Tomson da 1919-cu ilin əvvəllərində ingilis siyasi xadimləri ilə birgə Cümhuriyyət hökumətini, Azərbaycanın ərazisində yeganə qanuni hökumət olaraq tanımağa məcbur oldular. Bu işlərdə də Fətəli Xan Xoyskinin də əməyi böyük və danılmaz idi”, - deyə Boran Əziz diqqətə çatdırıb.

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Oktyabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see809

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see261

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see218

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see203

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see195

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see176

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see150

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see148

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see142

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see141

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see137

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see131

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see129

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Südü heç vaxt soyuducunun qapısında saxlamayın Səbəb açıqlandı

26 Noyabr 2025 20:48see128

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri