Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“...hələ müqavilə imzalamaq mərhələsinə gəlib çatmamışıq” Kərimov “Karvan”ın hazırlıq planı və hədəfi haqda danışdı

“...hələ müqavilə imzalamaq mərhələsinə gəlib çatmamışıq” Kərimov “Karvan”ın hazırlıq planı və hədəfi haqda danışdı

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Məlum olduğu kimi, Misli premyer-liqasının 2025/26 mövsümündə iştirak edəcək 12 komandadan biri “Karvan”dı.

1-ci liqada başa çatan “futbol ili”ni 3-cü pillədə tamamlayan Yevlax təmsilçisi həsrətində olduğu çempionata 16 illik həsrətdən sonra qovuşdu. Düzü, mövsümə uğurlu başlayan, ancaq “Qəbələ” və “İmişli”nin sürət yığması, öz səhlənkarlığı, bəzi hallarda isə hakimlərin səhvi səbəbindən xeyli xallar itirən komandanın elita klubları sırasına qoşulması ehtimalı az idi. Klubun imdadına AFFA İcraiyyə Komitəsinin bu il fevralın 3-də keçirilən iclasında premyer-liqada komanda sayının artırılması – 12-yə çatdırılması barədə qərar qəbul etməsi çatdı.
İstənilən halda, “Karvan”ın artıq azı bir mövsüm premyer-liqada çıxış edəcəyi bəllidi. Bu o deməkdi ki, yevlaxlılar əvvəlcə başa çatan “futbol ili”nin yorğunluğundan xilas olmalı, sonra yeni mövsüm üçün qurulan planların reallaşdırılması yönündə çalışmalara start verilməlidi. Özü də mümkün qədər tez. Çünki rəqiblərin çoxu artıq iş başındadı - təlim-məşq toplanışına və heyətin formalaşdırılması prosesinə start veriblər. Belədisə, yevlaxlıların işə nə vaxt başlayacağı, komandada gözlənilən dəyişikliklər, maliyyə durumu, yay hazırlıq planı və başqa mühüm detallar ilə maraqlanmağın vaxtıdı. Odu ki, dünən baş məşqçi Kənan Kərimovla söhbət etməyi lazım bildik.
- Kənan müəllim, “Karvan”ın yay hazırlıq planı bəllidimi?
- Biz bir çox plan əsasında çalışmalara davam etsək də, komanda hələ istirahət edir. Ancaq bu uzun sürməyəcək. İyunun 26-dan təlim-məşq toplanışına başlayacağıq. İyulun 5-ə qədər Yevlaxda, 6-dan etibarən ya Qubada, ya da Qəbələdə olacağıq. Bu çərçivədə yoxlama oyunları olacaq. İyulun 21-də Qəbələ şəhər stadionunda “Şamaxı”, 30-da Ağsu şəhər stadionunda “İmişli” ilə qarşılaşacağıq. Yəqin ki, digər rəqiblərin adına da tezliklə aydınlıq gələcək.
- Premyer-liqada çıxış edəcəyinizə əsaslansaq, komandada köklü dəyişiklər ediləcəyini proqnozlaşdırmaq çətin deyil. Axı 1-ci liqa ilə elita arasında səviyyə baxımından uçurum var...
- Bəli, heyətdə 70-80 faiz dəyişiklik olacaq. Həm yerli, həm də legioner oyunçular ilə danışıq aparırıq. Təəssüf ki, hələ müqavilə imzalamaq mərhələsinə gəlib çatmamışıq. Razılıq əldə edilən oyunçular olsa, iyulun 4-nə qədər komandaya qoşulmasını təmin etməyə çalışacağıq. Məqsədimiz ötən mövsümdəki kollektivin özəyini qorumaqdı. Ancaq futbolçulardan da çox şey asılıdı. Düşərgəyə çağıracağıq. Seleksiya yoxlamalarından sonra hər birinin aqibəti bəlli olacaq. “Karvan” üçün layiqli və döyüşkən kollektiv formalaşdırmaq istəyirik.
– Heyətlə bağlı ümumi plan tərtib edilibmi? Yerlilərə, yoxsa legionerlərə daha çox şans vermək niyyətindəsiz?
– Bəlli məsələdi ki, qarşıdan gələn mövsümdə bütün çempionatlarda, eləcə də premyer-liqada rəqabətin səviyyəsi artacaq. Buna uyğun hərəkət etməliyik. Özlərini yaxşı tərəfdən göstərən oyunçulara şans verəcəyik. Heyətdə həm yerlilər, həm də legionerlər olacaq. İstəyirik ki, mövqe uğrunda mübarizədə qalib gələnlər meydana çıxsın. Premyer-liqada ilk mövsümümüzü keçirəcəyik. Bu səbəbdən çempionatda möhkəmlənmək niyyətindəyik.
– Bilinən odu ki, klubun stadionla bağlı problemləri aradan qaldırılmayıb. Bu məsələ hazırlıq prosesinə nə dərəcədə mane ola bilər?
– Bu yöndə çalışmalar davam edir. Planın birinci hissəsi məhz infrastrukturla bağlıdı. Ot örtüyünün təbii olmasının tərəfdarıyıq. Mütəxəssislər müvafiq prosedurları həyata keçirib konkret cavab verməlidi. Çünki Yevlaxın iqlimi bir qədər fərqlidi. Əsasən qızmar hava şəraiti hökm sürür. Mütəxəssislər müsbət cavab versə, ot örtüyü təbii olacaq. Qalan məsələlərlə bağlı işlər də görülür. Hər halda, çox çətin və vaxt aparan prosesdi.
– Həmkarlarımdan birinin legioner limitinin ləğvi haqda qərarın ölkə futboluna, eləcə də “Karvan”a necə təsir edəcəyi haqda sualını cavablayarkən bildirmişdiz ki, hələ premyer-liqaya vəsiqə qazanmamışıq, qazananda danışarıq. Artıq bu sualı cavablamağın vaxtı çatmayıbmı?
– Artıq qərar AFFA tərəfindən qəbul edilib. Buna uyğun hərəkət etməkdən başqa çarə yoxdu. Sözsüz, bu addım yerli futbolçuların karyerasına təsirsiz ötüşməyəcək. Lakin potensialı olan, gələcək vəd edən, həmçinin təcrübəli oyunçular üçün zərərli qərar olduğunu düşünmürəm. Onsuz da limitlə bağlı müəyyən məbləğlər var. Komandada legioner sayı 13-dən 15-ə qədər olsa, klub 100 min manat rüsum ödənməlidi. Məncə, premyer-liqa iştirakçılarının əksəriyyəti, daha doğrusu, maliyyə durumu güclü olmayan kollektivlər bu məbləği ödəmək əvəzinə yerli oyunçulara şans verəcək. 10 min manatla 12 legionerin olması mümkündü. Mövsümü 12 legionerlə keçirəsi deyilik ki. Təbii ki, belədə yerli oyunçulara da ehtiyac olacaq. Düşünürəm ki, heyətlərin əksəriyyətində həm də azı 12 yerli futbolçu olacaq. Hər şeyi zaman göstərəcək.
– Hələ də A kateqoriyanız yoxdu. Görünür, baş məşqçi məsələsiylə bağlı Azər Məmmədovla əldə edilən anlaşma qüvvədə qalacaq.
– Tezliklə bu məsələ ilə bağlı klub tərəfindən rəsmi açıqlama veriləcək. İndi o bəllidi ki, sentyabrda A kateqoriyasıyla bağlı AFFA-ya müraciət edəcəyik.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 İyun 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see258

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see242

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see210

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see196

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see192

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see191

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see173

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see163

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see161

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see159

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see155

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see149

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see148

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

25 Dekabr 2025 06:13see138

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri