Icma.az
close
up
RU
Hələ sevməyi əməlli başlı bacarmırdım... Balaca şahzadə dən bir hissə

Hələ sevməyi əməlli başlı bacarmırdım... Balaca şahzadə dən bir hissə

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Bu gün görkəmli fransız yazıçı, jurnalist, şair, ssenarist və təyyarəçi Antuan de Sent-Ekzüperinin anım günüdür.

Kulis.az onun məşhur "Balaca şahzadə" əsərindən bir hissəni Əziz Gözəlsoy və Yaqut Qurbanovanın tərcüməsində təqdim edir.

Bu gülü çox tezliklə daha yaxşı öyrəndim. Balaca şahzadənin planetində bir cərgəlik ləçəklə bəzənmiş az yer tutan, heç kəsi narahat etməyən sadə güllər çox idi. Onlar səhərlər otların arasında pardazlanıb açılar, axşamlar isə solub gedərdilər. Bu tənha çiçək hardansa buraya düşmüş toxumdan əmələ gəlmişdi. Balaca şahzadə onu nəzərdən qoymurdu, çünki bu cücərti o biri cücərtilərdən fərqli idi, onlara oxşamırdı. Nə bilmək olar, bəlkə bu baobabın təzə bir növüdür? Çox keçmədi ki, kol daha boy atmadı, üstündə qönçələr göründü. Iri bir qönçənin yavaş-yavaş böyüməsini əvvəldən axıra qədər izləyən balaca şahzadə hiss edirdi ki, o qönçədən nəsə möcüzəli bir şey çıxacaq. Çiçək öz yaşıl kasacığında özünə rövnəq verməkdən usanmırdı. O, qayğıkeşliklə özünə münasib rənglər seçirdi, rəngarəng libasını yavaş-yavaş geyinirdi; ləçəklərini bir-bir nizamlayırdı. O, lalə kimi səliqəsiz, üst-başı əzik-üzük çıxmaq istəmirdi öz kasacığından. O gözəlliyin bütün təravəti ilə açılmaq istəyirdi. Bəli! O, naz-qəmzəli bir afət idi. Onun əsrarəngiz bər-bəzəyi günü-gündən uzanırdı, açılmaq bilmirdi ki, bilmirdi. Budur, bir səhər düz gün doğan vaxtı o, tam vüsətilə açıldı. Böyük zəhmətdən sonra gözəl zövqlə bəzənib-düzənmiş dilbər əsnəyə-əsnəyə dedi:
−Eh! Güclə oyandım… Üzr istəyirəm… Üst-başım hələ qaydasında deyil…
Balaca şahzadə heyrətini boğa bilməyərək:
−Necə də gözəlsiniz! - dedi.
−Doğrudanmı elədir? - deyə gül mülayim səslə soruşdu. Mən günəşlə eyni vaxtda doğulmuşam… Balaca şahzadə başa düşdü ki, hörmətli qonaq o qədər də təvazökar deyildi, amma çox şəfqətli və cazibədar idi.
−Deyəsən, səhər yeməyinin vaxtıdır, axı.
Lütfən mənim qayğıma qalın, - deyə təravətli gül əlavə etdi.
Bu təklifdən çaş-baş qalmış balaca şahzadə suçiləyəni tapıb təmiz su ilə onu doldurdu və gülü suladı.
Tezliklə məlum oldu ki, gülçığaz təkəbbürlü və ədalı bir gözəldir. Özünün naz-qəmzəsi və buyruqları ilə balaca şahzadəni cana doydurmuşdu. Məsələn, bir gün özünün dörd tikanından dəm vuran gül balaca şahzadəyə dedi:
−Lap iti caynaqlı pələnglər mənə heç nə edə bilməzlər!
−Mənim planetimdə pələng yoxdur, - balaca şahzadə etiraf etdi, digər tərəfdən pələnglər ot-ələf yemir.
−Mən ot-ələf deyiləm ha, - gül sakitcə cavab verdi.
−Bağışlayın məni…
−Düzü, mən pələnglərdən qorxmuram, amma yelçəkəndən bərk qorxuram. Sizdə arakəsmə olmaz ki?
“Yelçəkən dəhşətli şeydir…, bitkilər ondan çox qorxur, - deyə balaca şahzadə əlavə etdi. Bu çiçəyin xasiyyəti, görünür, çox ağırdı…”
−Axşam mənim üstümə örtük çəkin. Bura çox soyuqdur. Planetiniz rahat deyil. Amma mənim gəldiyim yer…
Birdən susdu. O, toxum halında buraya gəlib çıxmışdı. O, başqa planetlər barədə heç bir təsəvvürə malik ola bilməzdi. Açıq-aşkar yalan danışdığına görə gülçığaz özünün alçaldığını başa düşüb utandı, iki, üç dəfə öskürdü ki, balaca şahzadənin onun qarşısında, onun yalanının açılmasında günahkar olmasını hiss etdirsin.
−Bu arakəsmə nə oldu…?
−Elə onu axtarmağa gedirdim ki, siz danışmağa başladız!
Gül yenə yalandan öskürməyə başladı ki, qoy balaca şahzadə peşmançılıq və vicdan əzabı çəksin.
Balaca şahzadənin gülə böyük rəğbəti və məhəbbəti olsa da, az sonra qəlbində ona qarşı şübhələr baş qaldırdı. Onun mənasız sözlərini ciddi qəbul edərək hər şeyi ürəyinə saldı və özünü bədbəxt saydı. “Mən gərək ona heç qulaq asmayaydım, - mənə ürək qızdıraraq dedi, - Güllərə qulaq asmaq, onları dinləmək yox, onlara baxmaq və onların ətrini iyləmək lazımdır. Mənim gülüm planetimə ətir saçırdı, amma ondan ləzzət ala bilmirdim. Pələng, caynaq söhbəti məni elə qıcıqlandırdı ki, lap mütəəssir oldum… Bu əhvalat məni mütəəssir etməli idi, həyəcanlandırmalı idi. Belə də oldu…”
Mənə bir də etibar edərək dedi: “O zaman heç nə başa düşə bilmirdim. O gülü mən sözlərinə görə yox, hərəkətinə görə mühakimə etməliydim. O mənim üçün ətir saçır, həyatımı nurlandırırdı. Mən ondan qaçmamalıydım! Onun miskin hiylələri arxasındakı incəliyi və nəvazişi başa düşməliydim. Güllər çox ziddiyyətli olur”. Mən isə gənc idim, hələ sevməyi əməlli-başlı bacarmırdım.

Nasistlərin oğurladığı tarixi rəsm əsəri zibillikdən tapıldı 2.7 milyardlıq qorxu imperatorluğu - "The Conjuring"in yeni filminin tarixi açıqlandı Azərbaycan–Özbəkistan elmi-mədəni əməkdaşlığı müzakirə edildi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://kulis.az
archiveBu xəbər 31 İyul 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see384

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see319

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see251

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see242

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see242

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see227

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see214

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see210

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see209

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see200

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see199

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see199

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see195

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see194

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see192

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see188

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see188

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see181

Saniyənin katrilyonda birində şarj olan batareya hazırlandı

14 Sentyabr 2026 05:33see180

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri