Icma.az
close
up
RU
“Kəpəz” qələbə qazanır, əməlli başlı pul alır, bəs biz?”

“Kəpəz” qələbə qazanır, əməlli başlı pul alır, bəs biz?”

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XXVII turunun “Səbail” – “Neftçi” oyunundan (1:2) sonra meydan sahibi komandanın baş məşqçisi Cavid Hüseynov fikirlərini bölüşdü.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Oyun bizimçün çox vacib idi. Rəqiblərimiz xallar qazanır, biz uduzuruq. Həftəboyu oyuna çox yaxşı hazırlaşmışdıq. Onların təhlükəli yerlərini, bizə necə qol vura biləcəklərini analiz etmişdik, uşaqlara başa salmışdıq. Lakin təəssüf ki, işlədiyimiz şeylərdən qol buraxdıq. Komanda 20-25 dəqiqə əlindən gələni etdi ki, rəqib bizə qol vursun. “Neftçi”nin təhlükəli yerlərini bilirdik və danışmışdıq. Amma komanda çıxır, mən istəmədiyim səhvləri edir və qol buraxırıq. Futbolçulara dedim ki, sizə xəbərdarlıq etmişdik… Tapşırıqları tərsinə etdik. Sonradan oyunu toparlamağa çalışsaq da, alınmadı. Xal qazana bilmədik və məyus olduq.

– Çatışmazlıqları qeyd etdiniz…
– Çatışmazlıq deyil. Bunlar oyun planında etməməli olduğumuz şeylər idi.

– Futbolçuların ustalıq səviyyəsi qane etmir, yoxsa…
– Nəsə deyə bilmərəm. Futbolçuya deyirəm ki, bu səhvi etmək olmaz. Amma meydana çıxıb eyni səhvi təkrarlayıq. Futbolçulara tapşırıram ki, bu səhvi etməyin, amma edirlər və qol buraxırıq. “Neftçi” başqa nə etdi ki? Təhlükəni bilə-bilə özümüz üç xalı əllərimizlə “Neftçi”yə verdik.

– Yəqin ki, İlkin Muradovu nəzərdə tutursunuz…
– Xeyr, o deyil. Dmitri ötürməni İlkinə verdi və burdan başladı. “Neftçi”nin təzyiqini bilirdik və tapşırılmışdı ki, uzun toplarla çıxaq.

– Bəs nə üçün səhv etdilər?
– Bilmirəm.

– “Kəpəz”in baş məşqçisi Azər Bağırov da komandada problemlərin olduğunu demişdi və sonra “Qarabağ”la oyunda bəzi aparıcı oyunçular ehtiyatda idi, üstəlik də xal qazandılar…
– Məşqçi kimi tək qalmışam. Qış transfer pəncərəsindən istifadə edə bilmədik. Sonuncu yerdəyik, necə ola bilər ki, güclənməyək? Özümüzü yiyəsiz komanda kimi hiss edirik. Futbol ictimaiyyəti tərəfindən də belədir. Hamı danışır ki, “Səbail” kiməsə lazım deyil. Bəs, düşünmürük ki, burda oyunçular var? Mən məşqçi kimi faydalı ola bilərəm. Arzularım var, həyata keçirə bilərəm. Bəlkə də, fikirləşirlər ki, problem Cavid Hüseynovdadır. Deyil… Mən də istəyirdim ki, hücumçum olsun. Nşuti gəldi, 2 il futbol oynamayan Mirabdulla gəldi… Problemlər böyükdür, tək toparlamağa çalışıram, amma gücüm çatmır. Məşqçiyə dəstək lazımdır. Nə etməliyəm ki, dəstək olsun? Təsəvvür edin, qələbə qazanırıq, mükafatımız 500 manatdır. Sonuncu yerdə gedən komandaya motivasiya üçün dəstək lazımdır. “Kəpəz” qələbə qazanır, əməlli-başlı pul alır, bəs biz? Çətinliklər çoxdur.

– Məsələləri komplektləşdirsək, rəhbərlik sizi başqa vədlərlə çağırıb, amma indi tək qalmısınız?
– 16-17 yaşımdan peşəkar futbol oynamışam. Həqiqəti deyən olduğumu bilirsiniz. Tək qalmışam deyirəmsə, deməli elədir. Xırdalığını vermirəm.

– Həlledici məqamda tək qalmısınızsa, deməli, son sıra ilə barışmalısınız?
– Barışmıram. Futbolçulara cavabdehəm, son ana qədər mübarizə aparacaq. Bu durumdan çıxmaq istəyiriksə, bir etməliyik. Bu, tək məşqçinin işi deyil. Kollektiv iş lazımdır.

– “Özümüzü yiyəsiz komanda kimi hiss edirik” dediniz. Sponsorsuzsunuz?
– Sponsor deyil… Sponsor komandadan əlini çəkib. Mən gələndən bəri hansısa maddiyatdan söhbət gedə bilməz. İstər mükafat, istər transfer məsələsi olsun. Hər şeydə azalma var.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 Mart 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri