Icma.az
close
up
RU
Helsinki Komissiyası: “Gürcü Arzusu”nun Anaklia limanının tikintisini Çinə həvalə etməsi Gürcüstanın demokratik gələcəyinə təsir göstərəcək

Helsinki Komissiyası: “Gürcü Arzusu”nun Anaklia limanının tikintisini Çinə həvalə etməsi Gürcüstanın demokratik gələcəyinə təsir göstərəcək

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Helsinki Komissiyası Gürcüstanın dərin özüllü Anaklia limanının tikintisini Çin şirkətinə həvalə etməsini tənqid edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, komissiyanın sədri Rocer Uiker, həmsədr Co Uilson və digər senatorların birgə bəyanatında hakim “Gürcü Arzusu”nun limanın inşasını Çin Kommunist Partiyası (ÇKP) tərəfindən dəstəklənən və ABŞ-nin sanksiyalar siyahısında olan şirkətləri də özündə cəmləşdirən konqlomerata həvalə etməsindən narahatlıq ifadə olunub.

Vurğulanıb ki, Anaklia limanını inkişaf etdirməsi və ona nəzarət etməsi Çinin Qara dəniz regionunda iqtisadi zorakılıq kampaniyasını davam etdirmək qabiliyyətinə, həmçinin Gürcüstanın müstəqil, demokratik dövlət kimi gələcəyinə təsir göstərəcək:

“Gürcü Arzusu”nun Anaklia dərin özüllü limanına nəzarəti ÇKP-nin dəstəklədiyi, ABŞ-ın sanksiya tətbiq etdiyi konqlomerata təhvil verməsi barədə xəbərlərdən narahatıq. Bu sövdələşmədə iştirak edən təchizatçılar, o cümlədən “China Communications Construction Company” Çindən asılılığın dərinləşdirilməsi, ev sahibi ölkənin istismarı və destabilizasiyası üçün infrastruktur layihələrindən istifadə tarixçəsinə malikdir. Çinin Rusiya ilə əməkdaşlıq edərək Qara dənizdə artan iştirakı regionu daha az təhlükəsiz edir və azad ticarəti məhdudlaşdırır. “Gürcü Arzusu” bu sövdələşməni irəliyə aparmaqla öz ölkəsinin demokratik trayektoriyasını və iqtisadi gələcəyini müəyyən etmək qabiliyyətini daha çox təhlükə altına almış olar. Biz “Gürcü Arzusu”nu bu qərarı yenidən nəzərdən keçirməyə və mühüm infrastruktur layihəsini inkişaf etdirmək üçün təklifləri ədalətli və şəffaf şəkildə dəyərləndirməyə çağırırıq”, - bəyanatda qeyd edilib.

Sazişin aprelin ortalarında tamamlanması gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://apa.az
archiveBu xəbər 02 Aprel 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri