Həm Almaniya, həm də Niderlandın DÇ macərası başa çatdı İcmal
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunları keçirilib.
Yenivaz.com xəbər verir ki, əvvəlcə Bakı vaxtı ilə saat 00:30-da Almaniya və Paraqvay milliləri üz-üzə gəlib.
Görüşdə hesab 42-ci dəqiqədə açılıb. Paraqvay millisinin heyətində Xulio Ensiso başla dəqiq oynayıb.
İkinci hissənin əvvəllərində isə Kay Haverts topu başla qapıdan keçirib və hesabı bərabərləşdirib – 1:1.
Əsas vaxtda qalib müəyyənləşməyib və matç əlavə vaxta gedib.
Bu mərhələdə də hesab dəyişməyib və penaltilər seriyasında daha dəqiq oynayan Paraqvay (4:3) adını növbəti tura yazdırıb.
Paraqvay 1/8 final mərhələsində Fransa-İsveç cütünün qalibi ilə qarşılaşacaq.
1/16-in növbəti matçında isə Niderland və Mərakeş milliləri üz-üzə gəlib.
Bakı vaxtı ilə saat 05:00-da start götürən görüşdə hesab 72-ci dəqiqədə açılıb. Kodi Qakpo Niderlandı önə keçirən qolu vurub. 90+1-ci dəqiqədə İssa Diop hesabı bərabərləşdirib və matçı əlavə vaxta aparıb.
Əlavə vaxtda da meydandan qol səsi çıxmayıb və penaltilər seriyasında daha dəqiq oynayan Mərakeş millisi (3:2) adını 1/8 finala yazdırıb.
Onlar bu mərhələdə Kanada ilə qarşılaşacaqlar.
Bu mövzuda digər xəbərlər:DÇ 2026: Braziliya, Almaniya və Niderlandın növbəti sınağı
29 İyun 2026 09:48
Almaniya millisinin müdafiəçisi üçün DÇ 2026 erkən başa çatdı
22 İyun 2026 16:06
Həm İngiltərə, həm də Almaniya nəhənginin radarında
25 Mart 2025 22:09
Oveçkin həm 899 a, həm də 1500 ə çatdı
08 Noyabr 2025 16:48
Almaniya millisində Naqelsmann dövrü başa çatdı
03 İyul 2026 11:18
Baxış sayı:157
Bu xəbər 30 İyun 2026 08:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















