Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
"Bavariya"nın futbolçusu Luis Dias tarixi nailiyyətə imza atıb.
QOL.az xəbər verir ki, kolumbiyalı vinger Bundesliqanın 30-cu turunda "Ştutqart"ı 4:2 hesabı ilə məğlub edərək çempionluqlarını rəsmiləşdirdikləri matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb. "OptaFranz" nəşrinin məlumatına görə, futbolçu 2004/2005 mövsümündən bəri bir mövsümdə həm ən azı 13 qol vuran, həm də ən azı 13 məhsuldar ötürmə edən ilk "Bavariya" oyunçusu olub.
Hazırda 29 yaşlı futbolçunun aktivində 15 qol və 13 məhsuldar ötürmə var. O, cari mövsümdə Avropanın "Top-5" liqalarında bu nəticəyə ("13+13") nail olan yeganə futbolçudur.
Qeyd edək ki, Dias ötən yay İngiltərənin "Liverpul" klubundan 70 milyon avro qarşılığında Münhen təmsilçisinə keçib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.
Baxış sayı:177
Bu xəbər 20 Aprel 2026 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















