Icma.az
close
up
RU
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI

Həm sülhdən danışır, həm də atəşkəsi pozur: Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İrəvanla Bakı arasında sülh müqaviləsi imzalanması istiqamətində vəziyyət qeydi-müəyyən olaraq qalmaqdadır. Belə ki, ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirdi ki, Ermənistan Azərbaycanla sülh sazişini dərhal imzalamağa və ratifikasiya etməyə hazırdır. Digər tərəfdən elə həmin gün Azərbaycan ordusunun mövqeləri Ermənistan istiqamətindən atəşə tutuldu. Ermənilər hələ də atəşkəsi pozur, təxribatlara davam edirlər. Bəs, bu ikibaşlı siyasət nə ilə nəticələnə bilər?

Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri,  deputat  Arzu Nağıyev bildirdi  ki, ortada çox çirkin məqsədlər var: "Təbii ki, sülh müqaviləsinin imzalanmasına maneə olan məsələlərdən biri də məhz atəşkəsin tez-tez pozulmasıdır. Burada da məram və məqsəd var. Məqsəd ondan ibarətdir ki, hər dəfə atəşkəs pozulduqda onlar adekvat olaraq Azərbaycan tərəfindən cavab atəşi gözləyirlər və cavab atəşindən sonra bütün dünyaya Azərbaycanın atəşkəsi pozduğunu yaymaq niyyətindədirlər. Bununla da insan haqlarının pozulduğunu, sərhəd bölgələrində yaşayanlara qarşı münasibətin pis olduğunu göstərməyə çalışırlar. Təəssüf ki, Avropanın həmin ərazilərdə yerləşdirdiyi vizual kəşfiyyatçılar buna tam, birmənalı şəkildə susurlar. Onlar buna reaksiya versələr, atəşkəs  bu qədər pozulmaz". 

Deputat onu da qeyd edib ki, sülh müqaviləsinin imzalanmasına maneə törədəcək amillərdən ən başlıcası məhz həmin şərti sərhəddə vizual kəçfiyyatçıların Avropa tərəfindən yerləşdirilməsidir: "Bu da böyük problemdir. Çünki onların məramı, məqsədi sülhün bərqərar olması deyil, sadəcə olaraq müəyyən dairələrə, öz dövlətlərinə Azərbaycan haqqında kəşfiyyat məlumatları ötürməkdir. Bizim konkret olaraq tələbimiz budur ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik olunsun. Bu da heç bir dövlətin ərazi bütövlüyünə iddia ilə çıxış etməmək deməkdir".

A.Nağıyev əlavə etdi ki, bu müddəa olmadan hazırda sülh imzalansa, Ermənistan Parlamentində ratifikasiya olunmayacaq: "Çünki ciddi cəhdlə həm Paşinyanın impiçment məsələsi, həm Koçaryan - Sarkisyan cütlüyünün,  yəni, keçmiş Qarabağ planının yenidən gündəmdə olması böyük problem yaradacaq. Ona görə də sülh müqaviləsinin imzalanması üçün mütləq şəkildə Ermənistan istər referendum yolu ilə, istər digər yolla Konstitusiyanı dəyişdirməlidir. Bu proseslər təbii ki, sona yetməlidir. Zəngəzur dəhlizi, kommunikasiyaların açılması, delimitasiya və demarkasiya istiqamətində aparılan işlər davam etdirilməlidir. Bu gün Ermənistanla Azərbaycan arasında 1007 km-ə yaxın şərti sərhəd var. Bütün bu sərhəd xəttinin delimitasiyası və demarkasiyası təbii ki, uzun çəkən proses ola bilər. Buna görə də düşünürəm ki, bu atəşkəsin xırda detallarla pozulması sülhün bərqəarar olmasını istəməyənlər tərəfindən törədilir. Bunun qarşısı alınmalıdır. Beynəlxalq təşkilatlar da buna ciddi reaksiya verməlidirlər".

Əlisahib,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sitat.info
archiveBu xəbər 15 May 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see201

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see181

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see180

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see168

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see164

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see150

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see142

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see136

Şimali Koreya Yapon dənizinə iki ballistik raket atıb

04 Yanvar 2026 06:22see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri