Icma.az
close
up
RU
“HƏMAS a qarşı böyük uğurlar əldə etmişik, lakin o hələ də mövcuddur” Ordu rəsmisi

“HƏMAS a qarşı böyük uğurlar əldə etmişik, lakin o hələ də mövcuddur” Ordu rəsmisi

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İsrail ordusu Qəzzada atəşkəs şəraitində HƏMAS-ın infrastrukturuna qarşı əməliyyatları davam etdirir”.

525.az-ın İsrailə ezam edilmiş əməkdaşı xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü, mayor David Barux jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, İsrail ordusu hazırda “sarı xətt” adlandırılan mövqelərə çəkilib və nəzarət etdiyi ərazilərdə mülki əhali yoxdur:

“Biz terror infrastrukturuna, xüsusilə tunellərə qarşı fəaliyyət göstəririk. Söhbət yüzlərlə kilometr uzunluğunda tunellərdən gedir. Bəzilərini əvvəlcədən bilirdik, digərlərini isə sonradan aşkarlamışıq. Bəzi tunellər bir neçə mərtəbə aşağıya doğru uzanır”.

David Baruxun sözlərinə görə, İsrail ordusunun mühəndis qüvvələri aşkarlanan tunellərin daxilində partlayıcı maddələr yerləşdirərək onları sıradan çıxarır:

“HƏMAS yenidən üzvlər cəlb edir və müəyyən uğurlar əldə edir. Təşkilat üç il əvvəlki gücdə olmasa da, hələ də İsrail üçün real təhlükə yaratmaq imkanına malikdir”.

O bildirib ki, İsrail siyasi və hərbi rəhbərliyin göstərişlərinə uyğun olaraq ABŞ Prezidenti Donald Trampın 20 bəndlik planını həyata keçirir:

“Növbəti mərhələdə Qəzzanın demilitarizasiyası və HƏMAS-ın tərksilah edilməsi gözlənilir. Plan çərçivəsində Qəzzaya gündə orta hesabla 600 humanitar yardım maşınının daxil olmasına imkan yaradılır. Son bir il ərzində bölgəyə 2 milyon ton humanitar yardım göndərilib”.

David Barux əlavə edib ki, tibbi səbəblərlə Qəzzadan digər ölkələrə getməli olan şəxslərin İsrail ərazisindən keçməsinə icazə verilir:

“Biz HƏMAS-la mübarizə aparmağa davam edirik. Hərbi baxımdan HƏMAS-a qarşı böyük uğurlar əldə etmişik, lakin təşkilat hələ də mövcuddur və müəyyən imkanlarını qoruyub saxlayır”.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Sentyabr 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri