Razılıq əldə olundu, HƏMAS silahsızlaşdırılacaq Tramp
Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, HƏMAS və Qəzzadakı digər silahlı qrupların silahı yerə qoyması ilə bağlı Barış Şurası "tarixi" razılaşma əldə edib.
Sitat.info xəbər verir ki, Tramp sosial şəbəkə hesabında bu haqda yazıb.
O bildirib ki, silahsızlaşdırma prosesi başa çatdıqca İsrail qüvvələri Qəzzadan mərhələli şəkildə geri çəkiləcək. Onun sözlərinə görə, Beynəlxalq Sabitlik Qüvvələri yeni Fələstin polis qüvvəsi ilə birlikdə bölgədə təhlükəsizliyin təmin olunması üçün fəaliyyət göstərəcək.
ABŞ Prezidenti vasitəçilik səylərinə görə Türkiyə, Qətər və Misirə təşəkkür edib və əldə olunan razılaşmanı Qəzzanın yeni Fələstin hökuməti tərəfindən idarə olunmasına aparan mühüm addım kimi qiymətləndirib.
Aytac,
Sitat.info
Baxış sayı:127
Bu xəbər 31 İyul 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















