Icma.az
close
up
RU
“HƏMAS bu planı ya qəbul edəcək, ya da İsrail öz üzərinə düşəni edəcək“ Donald Tramp

“HƏMAS bu planı ya qəbul edəcək, ya da İsrail öz üzərinə düşəni edəcək“ Donald Tramp

Icma.az, Moderator.az saytına istinadən bildirir.

"Biz milli prinsiplərimizdən güzəştə getməyəcəyik, silahlı müqavimət qanuni hüququmuzdur..."

ABŞ prezidenti Donald Trampın Qəzza müharibəsinə son qoymaq məqsədilə irəli sürdüyü 20 maddəlik plan beynəlxalq dəstək qazanıb.

Moderator.az xəbər verir ki, bu barədə "israelinfo.co" nəşri yazıb.

Qərb və Avropa ölkələrinin mövqeyi

Böyük Britaniyanın baş naziri Kir Starmer təşəbbüsü "qızğın şəkildə salamlayaraq" HƏMAS-ı silahı yerə qoymağa və girovları azad etməyə çağırıb. Almaniya xarici işlər naziri Yohann Vadepul isə "bu imkanı əldən verməmək" barədə xəbərdarlıq edərək yaxın günlərdə bölgəyə səfər edəcəyini bildirib.

Fransa prezidenti Emmanuel Makron HƏMAS-ın girovları dərhal azad etməli olduğunu vurğulayıb və planın "iki dövlətli həll" əsasında sülhə yol aça biləcəyini deyib. İtaliya baş naziri Corca Meloni təşəbbüsü "dönüş nöqtəsi" adlandıraraq Qəzzada humanitar dəhlizlərin açılmasının vacibliyini qeyd edib. Niderland hökuməti də razılaşmanın gələcəkdə Fələstin dövlətinin qurulmasına aparacağını bəyan edib.

Ərəb və İslam ölkələrinin reaksiyası

Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Misir, BƏƏ, Türkiyə, Pakistan və İndoneziyanın XİN rəhbərləri birgə bəyanat yayaraq Trampın təşəbbüsünü dəstəkləyib. Onlar Qəzzanın bərpasına, humanitar yardımın məhdudiyyətsiz çatdırılmasına və ilhaqın qarşısının alınmasına hazır olduqlarını vurğulayıb. Əlavə olaraq, "iki dövlətli həll" prinsipinin bölgədə ədalətli və dayanıqlı sülhün əsası ola biləcəyi bildirib.

Trampın ultimatumu və HƏMAS-ın mövqeyi

Tramp açıq şəkildə HƏMAS-a qısa müddət - üç-dörd gün vaxt verdiyini açıqlaylb: ya plan qəbul ediləcək, ya da "İsrail öz üzərinə düşəni edəcək". ABŞ prezidenti bildirib ki, ərəb və müsəlman ölkələri artıq sənədə qoşulub, qalan yalnız HƏMAS-dır.

Lakin təşkilatın siyasi bürosunun üzvü Hüssam Badran bəyan edib ki, onların əsas şərti dərhal atəşkəs və İsrail qoşunlarının tam çıxarılmasıdır. O, "milli prinsiplərdən güzəştə getməyəcəklərini" bildirərək silahlı müqaviməti "qanuni hüquq" adlandırıb. Digər rəhbər Mahmud Mardavi isə təşəbbüsü "tamamilə israilyönlü plan" kimi qiymətləndirib.

Moskva kənarda qalıb

Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, Rusiya Trampın təşəbbüsünü alqışlayır, lakin prosesdə iştirak etmir. O, ABŞ-dan heç bir siqnal almadıqlarını qeyd edib. Moskva ənənəvi olaraq HƏMAS-ı terrorçu təşkilat kimi tanımır və onun nümayəndələrini qəbul edir. Bu isə Rusiyanın prosesdə rolunun məhdud qalacağını göstərir.

Trampın planı beynəlxalq dəstəklə güclənir və Qərbdən ərəb dünyasına qədər geniş rezonans doğurur. Lakin həlledici söz hələ də HƏMAS-a aiddir. Təşkilatın hazırkı ritorikası onun müqavimətdən əl çəkmək niyyətində olmadığını göstərir. Bu isə planın gələcəyini qeyri-müəyyən saxlayır və regionu yeni gərginlik mərhələsinə yaxınlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Sentyabr 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri