HƏMAS girovları verməkdən imtina etdi İsraildən reaksiya
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
HƏMAS İsrailin Qəzza zolağında atəşkəs razılaşmasını pozmasını əsas gətirərək girovların azad edilməsini dayandırıb.
Axar.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın adı açıqlanmayan hərbi sözçüsü məlumat verib.
O qeyd edib ki, İsrailin atəşkəs razılaşmasını pozması səbəbindən Qəzza zolağında saxlanılan girovların azad edilməsi növbəti xəbərdarlığa qədər təxirə salınıb.
Məsələyə İsrailin müdafiə naziri İsrail Kats da münasibət bildirib:
“Bu bəyanat atəşkəs razılaşmasının və girovların azad edilməsi ilə bağlı razılaşmanın tamamilə pozulmasıdır. Mən orduya Qəzzada baş verə biləcək hər hansı prosesə və əhalinin məskunlaşdığı əraziləri qorumaq üçün ən yüksək səviyyədə hazır vəziyyətə gətirilməsini əmr etdim. Oktyabrın 7-dəki vəziyyətə qayıtmağa imkan verməyəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 10 Fevral 2025 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















