Icma.az
close
up
RU
HƏMAS ın yeni lideri “kölgə” dən çıxır İzzəddin Həddad kimdir?

HƏMAS ın yeni lideri “kölgə” dən çıxır İzzəddin Həddad kimdir?

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fələstin radikal HƏMAS hərəkatının liderlərindən biri Məhəmməd Sinvarın cəsədi Qəzza zolağının cənubundakı tunellərdən birində tapılıb.

"Ölkə.az" xəbər verir ki,  Məhəmməd  Sivar  və daha 10 silahlının cəsədi Xan Yunis şəhərinin altındakı tuneldə tapılıb.
“Veçernyaya Moskva” telekanalı xəbər verir ki, HƏMAS təqdim olunan məlumatlara hələlik münasibət bildirməyib.

İsrailin “Kan” radiosunun  məlumatına görə, əməliyyatın hədəfi HƏMAS-ın İzzəddin əl-Qəssam Briqadaları qrupunun hərbi qanadı olan Məhəmməd Sinvar olub. Sinvar 2024-cü ilin oktyabrında həlak olan HƏMAS lideri Yəhya Sinvarın kiçik qardaşıdır. Hərəkatın yeni rəhbəri qruplaşmanın dirçəldilməsi üçün fəal səy  göstərirdi, çünki onun döyüş imkanları İsrailin 2023-cü ilin oktyabrından Fələstin anklavında həyata keçirdiyi hərbi əməliyyat nəticəsində ciddi şəkildə zəifləyib.  

Məhəmməd Sinvarın təxminən 50 yaşı var. O, gənc yaşlarında HƏMAS-a qoşulub və avqustda öldürülən hərəkatın silahlı qanadının rəhbəri Məhəmməd Deyfin yaxın adamlarından olub. Böyük qardaşından fərqli olaraq, Məhəmməd Sinvar İsrail həbsxanasında “əhəmiyyətli vaxt” keçirməyib, buna görə də o, İsrail təhlükəsizlik xidmətlərinə daha az tanışdır. O, uzun illər pərdə arxasında işlədiyi üçün “Kölgə” ləqəbini alıb. Məhəmməd Sinvarın İsrail həbsxanasında cəmi 9 ay qalması onun fələstinlilər arasında nüfuzunu azaldıb. Lakin o, üç il Fələstin həbsxanasında yatıb və sonradan qaçıb. İsrail həbsxanasında qaldığı nisbətən qısa müddətə görə səlahiyyətlərinin olmamasına baxmayaraq, Məhəmməd Sinvar hakimiyyəti gücləndirmək üçün fəal şəkildə çalışırdı. Onun əsas vəzifələrinə HƏMAS-ın infrastrukturunun yenidən qurulması və təşkilatın döyüş qabiliyyətinin gücləndirilməsi daxil idi. 

İddia edilir ki, Məhəmməd Sinvar İsraillə razılaşma çərçivəsində HƏMAS-ın resurslarını bərpa etməyə, hərəkatın Qəzza zolağında mövqelərini gücləndirməyə və anklavda uzunmüddətli sülhə nail olmağa çalışırdı. İsrail ordusunun məlumatına görə, döyüşlər zamanı İsrail ordusu hərəkatın 30 min döyüşçüsündən 17 minini öldürüb. Nəşr yazır ki, son bir neçə ay ərzində hərəkata yüzlərlə yeni yaraqlı qoşulub. 2024-cü ilin avqustunda Tehranda İsmayıl Haniyəyə sui-qəsdən sonra bu Fələstin hərəkatının Siyasi Bürosunun ikinci rəhbəridir ki, öldürülür.  

Bildirilir ki,  HƏMAS-ın əsl kölgə fiquru   İzzəddin Həddaddır. O, HƏMAS-ın əsas fiqurlarından biridir və hərəkatın yüksək səviyyəli komandirləri arasındadır.

Həddad “Əqsa tufanı” əməliyyatının səhra komandiri idi. Əməliyyatdan bir gün əvvəl o, briqada komandirlərini gizli şəkildə toplayaraq onlara əməliyyatla bağlı göstərişlər verib. Bu təlimatlarda vurğulanırdı ki, əməliyyatın ilk anlarında mümkün qədər çox İsrail əsgəri əsir götürülərək Qəzza zolağına gətirilməlidir. Bundan əlavə, ələ keçirilən ərazilərin əməliyyat və nəzarətinin tam sənədləşdirilməsi ilə bağlı tapşırıqlar verilib. Həddad İsrailin bir neçə sui-qəsd cəhdindən sağ çıxıb, lakin onun komandanlıq vəzifələrində olan iki oğlu son müharibədə həyatını itirib. Bildirilir ki, hazırda HƏMAS-ın Qəzza zolağında ən azı 20 min döyüşçünün olduğu bildirilir.(musavat.com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:237
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 May 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri