Icma.az
close
up
RU
HƏMAS İsrailli girov Bibasın meyitini araşdırmağa söz verib

HƏMAS İsrailli girov Bibasın meyitini araşdırmağa söz verib

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fələstinin HƏMAS hərəkatı israilli girov Şiri Bibasın cəsədinin dəyişdirilməsi ilə bağlı vəziyyəti nəzərdən keçirəcəyini vəd edib və İsraildən fevralın 20-də onun yerinə təhvil verilən cəsədin geri qaytarılmasını tələb edib.

Bizimyol.info xəbər verir ki, müvafiq bəyanat hərəkatın Telegram kanalında dərc olunub.

“Biz bu vəziyyətlə bağlı çox ciddi araşdırma aparacağıq və araşdırmanın nəticələri barədə vasitəçilərə məlumat verəcəyik. Biz həmçinin İsrailin iddia etdiyi kimi Qəzzanın bombalanması zamanı öldürülən fələstinli qadının cəsədinin qaytarılmasına çağırırıq”, -  deyə sənəddə qeyd edilib. HƏMAS etiraf edib ki, hücum yerindəki dağıntıların təmizlənməsi prosesi zamanı “cəsədlərin qarışması” mümkün ola bilər, çünki girovluqda fələstinlilər də saxlanılıb.

Təşkilat: “İsrail tərəfinin DNT testinin Şiri Bibasın şəxsiyyətini təsdiqləməməsi ilə bağlı xəbərlərindən çox təəccübləniblər və israilli girovların cəsədlərinin saxlanmasında maraqlı deyillər”, - deyə əlavə edilib.

Fevralın 21-də İsrailin baş naziri Benyamin Netanyahu girov götürülən Şiri Bibasın cəsədinin əvəzinə HƏMAS hərəkatının radikallarının naməlum Qəzza sakininin cəsədini təhvil verdiklərini bildirib və bunu Qəzza zolağında atəşkəslə bağlı razılaşmanın “qəddar və alçaq şəkildə pozulması” adlandırıb.

Həmas cümə axşamı Bibas ailəsinin üç üzvünün və Oded Lifşitzin cəsədlərini Qəzza zolağında Qırmızı Xaç təşkilatına təhvil verdiyini açıqlayıb. Bibasın ən kiçiyi Kfir 2023-cü il oktyabrın 7-də qaçırılan zaman 9 aylıq, qardaşı Ariel isə 4 yaşında olub. Şəxsiyyətin müəyyən edilməsindən sonra İDF Lifşitz və Bibas uşaqlarının şəxsiyyətinin təsdiqləndiyini, lakin Şiri Bibasa aid olduğu güman edilən dördüncü cəsədin şəxsiyyətinin müəyyən edilməsi zamanı “başqa girovlarla heç bir uyğunluğu aşkar edilmədiyi” bildirib. Hərbçilərin fikrincə, bu, “naməlum cəsəddir”.

Yanvarın 15-də məlum olub ki, İsrail və HƏMAS Qəzzada saxlanılan girovları azad etmək və anklavda atəşkəs tətbiq etmək barədə razılığa gəliblər. Üç mərhələni əhatə edən saziş yanvarın 19-dan qüvvəyə minib. Birinci mərhələ 42 gün davam edəcək - martın 2-də başa çatacaq və bu müddət ərzində Həmas İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların müqabilində ən azı 33 girovu – diri və ölü – azad etməlidir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Fevral 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri