HƏMAS: Qəzzada aclıq fəlakətli həddə çatır
Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrail sərhəd qapılarını bağlı saxlayaraq qida və dərmanların girişini əngəlləməyə davam etdiyi üçün Qəzza zolağında aclıq fəlakətli həddə çatıb.
Sitat.info xəbər verir ki, bu barədə HƏMAS-ın bəyanatında bildirilir.
"İşğalçıların yardım axınına mane olmağa davam etməsi göstərir ki, onlar Qəzza zolağında qəsdən aclıq və humanitar fəlakət yaradırlar", - HƏMAS-ın bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, mühasirə, qida və dərmanların verilməməsi Qəzzada aclığı fəlakətli həddə çatdırıb.
HƏMAS yardım axınını təmin etmək üçün keçid məntəqələrinin dərhal açılmasını istəyib və bu prosesin Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarəti altında və İsrail səlahiyyətlilərinin müdaxiləsi olmadan həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Baxış sayı:76
Bu xəbər 12 May 2025 22:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















