Icma.az
close
up
RU
“Həmas və Hizbullah İsraillə müharibəni müstəqillik adı altında aparır” POLİTOLOQ

“Həmas və Hizbullah İsraillə müharibəni müstəqillik adı altında aparır” POLİTOLOQ

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin dördü Fələstinin müstəqiliyini tanıyıb. Fələstin 1947-ci ildə BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə Fələstin ərazilərində iki dövlətin – İsrail və Fələstin dövlətlərinin – yaradılması niyyəti ilə qəbul edilmişdi. Həmin qətnaməyə əsasən yaradılmalı olan Fələstin dövləti, o zaman İsrail yarandığı halda, reallaşmadı”.

Bunu Gununsesi.info-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib:

“Məhz buna görə də, Yaxın Şərqdə 1948-ci il, 1956-cı il, 1967-ci il, 1973-cü il və digər illərdə, o cümlədən 2023-cü il, 7 oktyabr tarixində Həmasın üzvləri tərəfindən İsrailə hücumlar və İsrailli vətəndaşların girov götürülməsi ilə başlayan, bu günə qədər davam edən müharibələr baş verib. Nəticədə çoxlu sayda günahsız insan həm İsrail, həm də Fələstin tərəfdən bu prosesin qurbanı olub. Görünən odur ki, bu proses, BMT Təhlükəsizlik Şurasının qətnaməsi qəbul edilməyib və reallaşmayıb, icra olunmayıb, həmişə belə davam edəcək. Hazırda Fələstini dövlət kimi tanıyan ölkələrin sayı artıq 150-ni keçib.

BMT-nin Nizamnaməsinə görə, Fələstini dünyada mövcud olan 193 ölkənin üçdə ikisi tanımalıdır. 193 ölkənin üçdə iki hissəsi təxminən 123 dövlət edir və artıq bu say öz həllini tapıb. 150-dən artıq ölkə Fələstini tanıyıb. Lakin başqa bir tələb də var: BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən heç biri, veto hüququna malik olan bu dövlətlərdən heç biri, qərara qarşı çıxmamalıdır”.

Xəyal Bəşirov vurğulayıb ki, hazırkı mərhələdə ABŞ, Təhlükəsizlik Şurasının daimi üzvü və veto hüququna malik olaraq, bu məsələyə veto qoyub.

“Ona görə də, Fələstinin BMT-nin daimi üzvü olması hələ təxirə salınıb. ABŞ mövqeyini dəyişməyincə və veto hüququndan istifadə etməyincə, bu proses həllini tapmayacaq.

Amma bu da bir yenilikdir ki, artıq demək olar ABŞ İsraillə bu məsələdə tək qalıb. Dünya dövlətləri, xüsusilə son dövrlərdə Böyük Britaniya, Kanada, Avstraliya, Fransa, Belçika və digər ölkələr Fələstini müstəqil dövlət olaraq tanıyıblar”-deyə o əlavə edib.

Politoloq hesab edir ki, bu, İran tərəfindən dəstəklənən və İran yönümlü terror təşkilatlarının faliyyətinə dəstək kimi qiymətləndirilə bilər:

“Düşünürəm ki, Həmas və Hizbullah məhz bu amildən bəhanə kimi istifadə edir və İsraillə müharibəni Fələstinin müstəqilliyi uğrunda apardıqlarını əsas gətirirlər.

Bu məsələ, BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə həllini tapmalı idi. Böyük Britaniya, Fransa və digər dövlətlərin atdıqları addımlar BMT-nin mövcudluğunu qoruyub saxlamağa xidmət edəcək. Yəni, bu heç də Fələstinin dövlət kimi tanınmasının dünyada ciddi dəyişiklik yaradacağı anlamına gəlmir. Sadəcə olaraq, uzun müddətdir ki, BMT tərəfindən münaqişələrin həllində yaranmış acizlik durumunu dəyişdirmək üçün atılan addımlar kimi qiymətləndirilə bilər.

Çünki BMT 1945-ci ildə yaranıb və BMT ilə paralel şəkildə, 1947-ci ildən mövcud olan Yaxın Şərq münaqişəsinin həlli istiqamətində aciz vəziyyətdədir.

Bu proses, hesab edirəm, BMT-nin mövcudluğunu qoruyub saxlamağa gətirib çıxaracaq. Amma hər halda, bu, Yaxın Şərqdə müharibənin səngiməsinə səbəb ola bilər.
Çünki dövlətlər bir-birlərinin sərhədlərini tanımırsa, bu münaqişənin sonunu gətirmək mümkün olmayacaq”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Sentyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri