Həmidə Ömərova: Həmişə Kinematoqrafçılar İttifaqının inkişafına xidmət eləmişəm
Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xalq artisti Həmidə Ömərova Azərbaycan Kinematoqrafçılar İttifaqınını seçki prosesindən narazılığını bildirib.
Kulis.az xəbər verir ki, Həmidə Ömərova namizədliyini irəli sürməyə şərait yaradılmadığını deyib:
“Açığını deyim ki, müstəqil platformanın seçilən nümayəndəsi kimi mən gözləyirdim ki, mənə söz verəcəklər, amma nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi. Əgər kinematoqrafçıların bir qismi kiminsə namizədliyini irəli sürürlərsə, onu da dinləmək lazım idi. Ancaq heyif ki, mən öz fikrimi deyə bilmədim, yəni alternativ namizədin irəli sürülməsinə imkan verilmədi. Və bütün bunlara baxmayaraq, mən həmişə Kinematoqrafçılar İttifaqının inkişafına xidmət eləmişəm və bundan da sonra xidmət eləyəcəyəm",- deyə Xalq artisti bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 11 Sentyabr 2026 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















