Icma.az
close
up
RU
Hemilton təkzib etdi və ümid verdi

Hemilton təkzib etdi və ümid verdi

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Formula-1” üzrə dünya çempionatında mövsüm başlayıbsa, avtoidman dünyası ilə bağlı xəbərlərin artması təbiidi.

İlk növbədə onu vurğulayaq ki, mövsümə istədiyi kimi başlaya bilməyən “Red Bull” Liam Lousonun əvəzinə Yuki Sunodanı heyətə cəlb edib. Louson Sunodanın indiyə qədər şərəfini qoruduğu “Reysinq Bullz”a yollanıb. Hər iki pilotun yeni komandasında debütü həftəsonu keçiriləcək Yaponiya mərhələsində gerçəkləşəcək. Hesabında 3 xal olan Sunodanın ilk iki mərhələdən sonra 13-cü pillədə qərarlaşdığını, Lousonun isə hələ də xal toplamadığını xatırladaq.
“Red Bull”un pilotu, dördqat dünya çempionyu Maks Ferstappen də dəyiş-düyüş haqda danışıb:

“Bu mövzuda fikirlərimi komanda ilə bölüşmüşəm. Həm də təkcə dəyiş-düyüş yox, məsələnin başqa aspektləri ilə də bağlı. Razıyammı? Dediyim kimi, bu məsələni komanda daxilində müzakirə etmişik. Elə məqamlar var ki, ictimaiyyətin müzakirəsinə çıxarmaq lazım deyil. Qoy bağlı qapılar arxasında qalsın”.


Yeddiqat dünya çempionu, mövsümlərarası fasilədə “Mersedes”i “Ferrari”yə dəyişən Lüis Hemilton da mövsümə istədiyi kimi başlamayıb. Bu üzdən onun “Ferrari”yə inamının itməsi haqda xəbərlər yayılıb. Britaniyalı pilot belə xəbərlərə münasibət bildirib:

“Məyusluq? Yoxdu. Çində cəzalanmağımı bazada müzakirə etdik, dərs çıxardıq, irəli baxırıq. Komandanın reaksiyası məni heyran etdi. Təsadüfi uğursuzluqlar yox, tərəqqi daha vacibdi. Sosial şəbəkələrdə yayılan axmaq xəbərləri oxumuşam. Guya komandaya inamım itib. Boş söz-söhbətdi. Bu layihəyə 100 faiz inanıram. Elə ilk mövsümdən dominantlıq edəcəyimi heç kim gözləmirdi. Özüm də. Uyğunlaşma üçün vaxt lazımdı. Son aylarda “Ferrari”də işin necə qurulduğunu öyrəndim. Hər komandanın öz yanaşması var. “Maklaren” də fərqlidi, “Mersedes” də, “Ferrari” də. Maksimum dərəcədə fayda verə bilmək üçün yaşananları müşahidə edirəm. Frederik Vasserin məsələlərə yanaşması xoşuma gəlir"


Bu arada avtoidmanın əfsanəsi, yeddiqat dünya çempionu Mihael Şumaherin sağlıq durunun daha da pisləşməsi haqda xəbər yayılıb. “Daily Mail”in reportyoru Feliks Hornerin iddiasına görə, sabiq pilot hazırda acınacaqlı durumdadı.
Xatırladaq ki, Şumaher 2013-cü ilin dekabrında Alp dağlarının ətəyində xizək sürərkən yıxılıb və ağır baş-beyin zədəsi alıb. Həmin hadisədən sonra uzun müddər komada olub. 56 yaşlkı pilotun ailəsi onun sağlıq durumu ilə bağlı məsələni məxfi saxlayır, heç kimə bilgi vermir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Aprel 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see944

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see569

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see314

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see299

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see297

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see294

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see290

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see248

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see222

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see198

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see191

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see190

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see188

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see188

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see188

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see185

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see183

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see179

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see171

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri