Icma.az
close
up
RU
Həmin görüşlərə oğlunu da aparırmış Bu fotolar ilk dəfə yayılır

Həmin görüşlərə oğlunu da aparırmış Bu fotolar ilk dəfə yayılır

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın siyasi tarixində uzun illər strateji vəzifələr icra etmiş Ramiz Mehdiyev təkcə ölkə daxilində deyil, həm də Rusiya siyasi dairələri ilə əlaqələri ilə seçilən fiqurlardan biri olub. Son illərdə əldə olan foto və məlumatlar göstərir ki, onun müxtəlif beynəlxalq platformalarda, xüsusən də Rusiyada keçirdiyi həm açıq, həm də qapalı görüşlərində oğlu Teymur Mehdiyev də iştirak edib. İlk baxışda adi müşayiət kimi görünən bu detal əslində post-sovet siyasi anatomiyasında təsadüfi sayılmır.

Redaktor.az xəbər verir ki, bu barədə konkret.az məlumat yayıb.

Mənbə qeyd edir ki, post-sovet məkanında yüksəkvəzifəli şəxslər üçün ailə üzvlərini mühüm görüşlərə aparmaq yalnız sosial jest deyil, həm də siyasi mesajdır. İlk növbədə Ramiz Mehdiyev varislik ideyası ilə çıxış edir. İkincisi, hesab edir ki, bu, ailənin təhlükəsizliyinin təmin olunması baxımından mühüm məsələdir.

Qeyd edək ki, Ramiz Mehdiyev Rusiyada MDB Təhlükəsizlik Şurasının iclaslarında dəfələrlə iştirak edib. Şəklin və əldə olunan digər məlumatların analizi onu deməyə əsas verir ki, oğlu Teymur Mehdiyevin bu görüşlərdə iştirakını təmin etməklə Ənvəroviç Rusiyanın güc mərkəzlərinə şəxsi loyallığını nümayiş etdirib. Bu kontekstdə Teymur Mehdiyevin yüksəksəviyyəli görüşlərdə Ramiz Mehdiyevin yanında görünməsi təsadüfi deyil və daha geniş siyasi məqsədlərin fraqmenti kimi oxuna bilər. Görüntülərin ən kritik tərəfi Teymur Mehdiyevin diplomatik masada, yüksəksəviyyəli nümayəndələrlə, o cümlədən Nikolay Patruşevlə (Rusiya Prezidentinin köməkçisi - red.) eyni sırada əyləşməsidir. Ramiz Mehdiyev çox yaxşı bilir ki, yavaş-yavaş personal əlaqələr və simvolik jestlərlə Teymur Mehdiyevi diplomatik mühitə alışdırır, Rusiya elitası tərəfindən tanınmasına müvəffəq olur, müxtəlif təsir mərkəzləri ilə əlaqələrinin şəxsən qurulmasına zəmin yaradır. Bu praktika Qazaxıstan, Rusiya, Tacikistan, Belarus kimi ölkələrin siyasi mədəniyyətində geniş yayılıb.

Ənvəroviçə gün kimi aydındır ki, Rusiyanın siyasi sistemi şəxsi əlaqələrə yüksək dəyər verir. Və bu dəyərin müqabilində belə bir hesablama aparılır ki, Ramiz Mehdiyevin siyasi xətti ailə daxilində davam edəcək. Eləcə də Moskva anlayacaq ki, Kremllə olan münasibət uzunmüddətlidir. Bu, potensial varislik layihəsinin Moskva tərəfindən legitimləşdirilməsi yönündə incə addım ola bilərdi. Mehdiyev Patruşev vasitəsilə ailəsinin toxunulmazlıq strategiyasına da sadiqdir. Rusiya çətiri onun üçün bir “sığorta” idi.

Qoca qurd Kremlin kluarlarında eşidir ki, siyasi dəyişikliklərin sürətlə və sərt şəkildə baş verdiyi regionlarda elitalar üçün ən kritik məsələ ailənin hüquqi və fiziki təhlükəsizliyidir. Ramiz Mehdiyevin addımları bu kontekstdə iki ehtimalı gücləndirir. Bunlardan birincisi ailənin gələcək siyasi təzyiqlərə qarşı müdafiəsidir. Yüksək ranqlı şəxslər tez-tez ailələrini belə “strateji əlaqələrlə” sığortalayırlar. Teymur Mehdiyevin Rusiya rəsmilərinin masasında oturması bu mesajı da ötürürdü ki, bu ailəyə toxunmaq Moskva ilə münasibətləri dolaşdıra bilər. Ənvəroviç heç vaxt alternativ siyasi dəstək kanallarından imtina etməyib. Görüşlərin fotolarında Teymur Mehdiyevin rəsmi nümayəndə heyətinin üzvü kimi deyil, “xüsusi müşayiət edilən şəxs” kimi görünməsi arqumentlərimizin bariz təsdiqidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Dekabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri