Icma.az
close
up
RU
Həmin hadisədən 33 il keçib HƏRBİ EKSPERT FİKRİ

Həmin hadisədən 33 il keçib HƏRBİ EKSPERT FİKRİ

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

"1991-ci il noyabr ayının 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Azərbaycan hökumətinin və dövlətinin rəsmiləri, o cümlədən jurnalistlər, Rusiya-Qazaxıstan sülhyaratma missiyasının üzvləri olan 22 nəfər şəxs faciəli şəkildə həlak oldu. Həmin hadisədən 33 il keçib". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.O bildirib ki, 1991-ci il Sovetlər birliyi yenicə dağılmışdı, bəzi müstəqillik əldə etmiş ölkələr lazımlı şəkildə öz ordularını qurmamışdılar: "Erməni hərbi birləşmələri dedikdə onlara dəstək olan muzdlu ruslar, qazaxlar, belaruslar, keçmiş SSRİ məkanında olan bir sıra ölkələrin hərbiçiləri nəzərdə tutulurdu, onlar ermənilərə lobbilərin verdiyi pul hesabına çox böyük dəstək olurdular. Biz bunu zamanla həm Xocalı faciəsində, 366-cı Rusiya alayının komandiri, hansı ki, bu gün də Rusiyada yaşayır, "Quşçular", "Başlıbel", digər faciələrdə yaşamışdıq. Həmin faciəli şəkildə qətlə yetirilən 22 nəfərin arasında Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, Azərbaycanın baş prokuroru İsmət Qayıbov, Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, Azərbaycanın baş nazirinin müavini Zülfü Hacıyev, Milli Məclisin iki deputatı Vaqif Cəfərov, Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Qurban Namazəliyev, o vaxtkı Dağlıq Qarabağ Muxtar vilayətinin prokuroru və digərləri var idi. Ən əsası da bizim həmkarlarımız, Azərbaycan televiziyasının əməkdaşları Arif Hüseynzadə və Fəxrəddin Şahbazov da həmin vertolyotda, "1008" hərbi helikopterində həlak oldular. Bu, böyük faciə idi. Bir az da vəziyyəti gərginləşdirmək üçün ermənilər və onlara havadarlıq edən qüvvələr tərəfindən düşünülmüş addım idi.Böyük terror hadisəsini təkcə Qarabağda deyil, Bakı metrosunda, Bakıdakı avtobus marşrutlarında da gördük. Yaxşı xatırlayıram ki, 106 saylı marşrut avtobusu, o cümlədən rayondan Bakıya gələn avtobus Yevlax rayonu yaxınlığında partladıldı. Bu cür terror hadisələrinin sayı-hesabı yoxdur".Onun sözlərinə görə, şükürlər olsun ki, artıq 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə düşmənin və ona havadarlıq edən məlum qüvvələrin arzularını ürəklərində qoyduq. Seperatizmin kökünü kəsdik. 2023-cü ilin antiterror tədbirləri ilə bu proses tam yekunlaşdı. Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri həyata keçirir. Azərbaycan insanları Şuşa, Xankəndi, Laçın, Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl ərazilərinə köçürülür.Bu gün müstəqillik tariximizin elə bir dönəmidir ki, hələ də bu qələbəni həzm etməyən müəyyən qüvvələr var. Onlar çalışırlar ki, yenə də suyu bulandırsınlar, yenə də bölgədə gərginlik yaratsınlar. Amma 33 il ərzində biz kifayət qədər işlər görmüşük, kifayət qədər müdafiə və təhlükəsizliklə bağlı addımlar atmışıq. 2025-ci ilin müdafiə və təhlükəsizlik xərcləri 2 milyard manata yaxın artırılıb. Bu da səbəbsiz deyil. Ona görə ki, Ermənistanı yaxın və uzaq ölkələr- Rusiya, Fransa, Amerika, Yunanıstan, Cənubi Koreya və digərləri silahlandırır. Qarşıdakı illərdə Ermənistan rəhbərliyində təmsil olunan revanşist qüvvələr çalışacaqlar ki, yenə də silahlı çatışma olsun, onlar da müəyyən məqsədlərinə nail olsunlar. Hesab edirəm ki, bu onlarda alınmayacaq, ona görə ki, Azərbaycanın güclü ordusu var, Azərbaycan ordusu gündən-günə daha da güclənir, yeni silahlar alınır, artıq hərbi hava qüvvələri, İtaliya, Pakistan, qardaş Türkiyədən xeyli texnika və avadanlıqlar əldə olunur. Ona görə də, ümid edirəm ki, ordumuzun müdafiə və döyüş qabiliyyəti bundan sonra da dəfələrlə kəmiyyət baxımından xeyli yaxşılaşacaq və uğurlarımız daha da bol olacaq".

Müəllif: Söylü Ağazadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Noyabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri