Həmin Lake Hotel intim görüşlər üçün istifadə olunurmuş FOTO
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, noyabrın 21-də Bakıda "Lake Hotel"in 4 əməkdaşı elektrik xəttinə təmas nəticəsində cərəyan vurması nəticəsində ölüb.
Milli.Az-ın əldə etdiyi məlumata görə, "Lake Hotel" əsasən intim görüşlər üçün istifadə olunurmuş.
"Lake Hotel"i tanımayan yoxdur, ora gedənlərin əksəriyyəti intim görüşlər üçün gedirdi. Xüsusi şərait yaradılmışdı, maşınla birbaşa qaraja daxil olub otağa keçmək mümkün idi", - deyə adının çəkilməsini istəməyən şəxs bildirib.
Qeyd edək ki, "Lake Hotel"in 4 əməkdaşının faciəvi şəkildə ölməsi ilə bağlı cinayət işi açılıb, hazırda istintaq aparılır. Hadisə şahidlərinin sözlərinə görə, hotelin arxa həyətində tikinti gedirmiş. Metal qurğu da orada olub. Hotelin şüşələri silinməli idi, ona görə ofisantlar həmin qurğunu gətirmək istəyiblər. Ərazidən keçəndə qurğu yüksəkgərginlikli elektrik naqilinə toxunub və 4 gəncin ölümünə səbəb olan faciə baş verib.
Mehman Əsədov
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 22 Noyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















