“Həmin məktubu yazanlar Rusiya Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyirlər”
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
“Rusiya xarici işlər naziri Sergey Lavrovun adından Azərbaycan diplomatik idarəsinin rəhbəri Ceyhun Bayramova AZAL sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı yazılan saxta məktubun müəllifləri Rusiya və Azərbaycan arasındakı müttəfiqlik əlaqələrinə zərbə vurmaq istəyirlər”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Bu feyk yaxşı ingilis dilində yazılıb, ona görə də, bu hadisələrin arxasında kimlər dayanırsa, düşünürəm ki, onlar müttəfiq Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyirlər”, - o qeyd edib.
Zaxarova həmçinin sözügedən şəxslərin müxtəlif yollarla ümumavropa aviasiya logistikasını məhv etdiklərini, ölkənin, regionun hava məkanında hava nəqliyyatına maneələr yaratdıqlarını bildirib.
“Bulanıq sularda belə “oyunçular” az deyil”, - deyə diplomat əlavə edib.
Bu mövzuda digər xəbərlər:Azərbaycan Rusiya münasibətlərinə zərbə vurmağa çalışırlar
26 May 2025 09:41
Kiberhücumlar Rusiya Azərbaycan münasibətlərinə ciddi zərbə vurur Ekspert
05 İyun 2025 16:47
Rusiya elə həmin Rusiyadır!
29 İyun 2025 00:44
Dağıstan rəhbərindən Azərbaycan Rusiya münasibətlərinə Reaksiya
06 İyul 2025 23:07
Ermənistanın Azərbaycan Rusiya münasibətlərinə “AYI MÜDAXİLƏSİ
17 Fevral 2025 13:37
Baxış sayı:116
Bu xəbər 16 Yanvar 2025 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















