Icma.az
close
up
RU
Azərbaycan Rusiya münasibətlərinə zərbə vurmağa çalışırlar

Azərbaycan Rusiya münasibətlərinə zərbə vurmağa çalışırlar

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


"Ermənistan və Rusiya mediası Ukrayna Xarici işlər naziri Andrey Sibiqanın Bakıya səfərindən ciddi narahatlıq keçirərək, müxtəlif iddialar səsləndirir, fərziyyələr irəli sürürlər. Bu cür təhriflərin nəyə ximət etdiyi aydındır".

Bunu “Reytinq” qəzetinə açıqlamasında AMİP Siyasi Şurasının üzvü, siyasi şərhçi Əli Orucov deyib.
Partiya funksioneri bildirib ki, Ukrayna ilə Azərbaycan arasında sıx münasibətlərin kökü dərindir və uzun illərə söykənir: "Ermənistan Rusiyanın himayəsi ilə Azərbaycana qarşı işğalçı müharibəyə başlayanda Ukrayna bacardığı qədər Azərbaycan xalqının yanında olub, dəstəyini ifadə edib. Hazırda Ukraynanın özü qeyri-bərabər müharibəyə cəlb edilib, bütövlüyünü və suverenliyi qorumaq üçün ağır itkilər və qurbanlar verir. Azərbaycan humanizm prinsiplərindən çıxış edərək Ukraynaya 40 milyon manatlıq humanitar yardım göndərib, müharibədən əziyyət çəkən, psixoloji və mənəvi travmalar alan bir qrup ukraynalı uşağın reablitasiyasını həyata keçirir. Üstəlik, rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü tanıyır və Moskvanın təzyiqlərinə baxmayaraq, energetika, bərpaolunan enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı sahələrində əlaqələrin inkişafına maraq göstərir".

Əli Orucov
Müsahimiz qeyd edib ki, Ukraynanın baş diplomatının Azərbaycana səfərini bəzi erməni və Rusiya mətbuatının Moskvaya yönəlik addım kimi qələmə vermələri düşünülmüş və bir mərkəzdən idarə olunan təxribatdır: "Məqsəd Rusiya-Azərbaycan əlaqələrini zədələmək, məlum təyyarə qəzasına görə, Bakının Moskvadan haqlı və qanuni tələbləri ilə bağlı yaranmış müəyyən ziddiyyətləri daha da qızşdıraraq iki ölkə arasında gərginliyə nail olmaqdır. Ukrayna XİN rəhbərinin Bakıya səfəri isə həmin mərkəzlərə qarayaxma və böhtan kampaniyası üçün yeni “fürsət” verib".
Bu cür təxribtların işə yaramayacağını vurğulayan partiya funksionerinin fikrincə, Azərbaycan öz milli maraqlarının təmin edilməsində güclü siyasi iradəyə malikdir və heç şübhəsiz, Bakı Ukraynanın gələcək taleyinin müəyyənləşdirilməsində və bərpasında üzərinə düşən missiyanı yerinə yetirə biləcək.
"Son dövrlər SSRİ-nin bərpası ilə bağlı Rusiya siyasi dairələrində artan müazkirələr və bunun daha ucadan səsləndirilməsi post-sovet ölkələrinə tədbirli olmağı və daha genişşaxəli əməkdaşlığı diqtə edir. Həmin səfərin də xüsusən erməni KİV-lərində Rusiyanın Xarici işlər naziri Lavrovun İrəvana səfərinin cavabı kimi təqdim olunması isterik yanaşmadır və Azərbaycanın müstəqil, sistemli siyasətini qəbul edə bilməyən qüvvələrin buna qarşı növbəti uğursuz cəhdidir”, - deyə Ə. Orucov əlavə edib.
E. KAMAL
Reyting.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://reyting.az
archiveBu xəbər 26 May 2025 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri