Icma.az
close
up
RU
Həmin mötəbər mükafat İlham Əliyevə buna görə verildi

Həmin mötəbər mükafat İlham Əliyevə buna görə verildi

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən elan edilən 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qalibləri arasında Azərbaycan Prezidenti İlham Əliyev də yer alır.

“Qafqazinfo” xəbər verir ki, Prezident bu mötəbər mükafata sülhpərvər və möhtəşəm sülh quruculuğu xidmətlərinə görə layiq görülüb.

O, Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyduğuna və “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına nail olduğuna görə bu ali mükafatla təltif olunub.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın Münsiflər Komitəsinin üzvü və Mükafatın baş katibi Məhəmməd Əbdülsəlamın vurğuladığı kimi, komitə Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsinə xüsusi önəm verib.

Dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirən həmin müqavilə qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyətdir. Bu nailiyyətlərin müəllifi olan İlham Əliyevin əvəzolunmaz xidmətləri isə qlobal sülh üçün yaxşı nümunədir.

Azərbaycan Prezidentinin sülh diplomatiyası sahəsindəki misilsiz nailiyyətləri birmənalı olaraq onu ehtiva edir ki, müasir dünya nizamında heç bir beynəlxalq təşkilatın, siyasi-hərbi dəstəyin olmadığı şəraitdə təkbaşına hərb meydanında sarsılmaz qələbə qazanmaq və BMT-nin kağız üzərində qalmış qətnamələrini icra etmək, bu hərbi-siyasi legitim aktı  dayanıqlı sülhə çevirmək hər liderə nəsib olmur. Eyni zamanda, hərbi qüdrətin təcəssümü olan siyasi zəfərin diplomatik uğurunu qısa zamanda təmin etmək olduqca çətindir.

Ermənistanın beynəlxalq güclərin siyasi dəstəyi sayəsində 30 illik davam etdirdiyi işğala cəmi 44 gündə son qoymaq və Vətən müharibəsinin sonuncu akkordu olan 2023-cü ilin antiterror əməliyyatını 23 saata başa çatdırmaq əsl Ali Sərkərdənin, Siyasi Liderin dəmir iradəsi, son ana qədər güvəndiyi nümunəvi peşəkar Silahlı Qüvvələrin qalibiyyət əzmi sayəsində mümkün olduğundan bu Zəfər strategiyası, Qələbə doktrinası beş ildir ki, dünya hərb məktəblərinin, siyasət akademiyalarının tədris və təlim proqramlarında yer alır.

Azərbaycan dünya üçün digər bir gerçəkliyi də təqdim etdi, öz torpaqlarını azad etməklə, həm də dünyada yeni geosiyasi tarazlıq modelini ‒ haqqın, ədalətin, ləyaqətin düsturunu formalaşdırdı. Hərbi qüdrətinin fonunda və bir sıra hallarda müxtəlif qüvvələrin anti-sülh bəyanatları şəraitində regionda əbədi sülh carçısı olduğunu nümayiş etdirərək bunu praktiki əməli ilə təsdiqlədi, bölgədə dinc və birgəyaşayışın, tolerantlığın, kin və nifrətdən uzaq mülayim qonşuluğun modelini yaratdı.

Kənar təsirlərə və Ermənistandakı revanşist qüvvələrin təxribatlarına rəğmən təmkinlə, əsl sülh niyyəti və alicənab yanaşması ilə qarşı tərəfi sülh masasında əyləşdirdi, beynəlxalq alyansın böyük etimadla qarşıladığı uzunmüddətli sülhün təməlini qoydu. Bütün bu xüsusatlar müqabilində beynəlxalq hüquq Azərbaycanın yaratdığı siyasi reallığı əxz etdi, tamamilə ədalətə söykənən sülh gündəliyini nümunəvi format kimi təsdiqləməyə məcbur oldu.

Azərbaycan Lideri yorulmaz fədakarlığı, heyrətamiz diplomatiyası ilə bütün region, yaxın və uzaq coğrafiyaları birgə əməkdaşlıq, həmrəylik körpüsündə daha sıx birləşdirdi, enerji, nəqliyyat, logistika, kommunikasiya ailəsini möhkəmləndirdi. Bu təşəbbüskarlıq arxitekturasının növbəti təməli 2025-ci ilin avqust ayında Vaşinqton qoyuldu, sülh sazişinin paraflanması ilə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam və şərtsiz tanıması və geridönməz sülh qapısına ayaq qoyması demək idi.

Sözsüz ki, Azərbaycanın irəlilətdiyi sülh inşası prosesi Ermənistan üçün də nicat qapılarını açdı. Son yarım ildə Qazaxıstan və Rusiyadan Azərbaycan üzərindən bu ölkəyə logistik axının başlanması, digər ölkələrlə inteqtrasiyanın qurulması, eləcə də Azərbaycanın özünün Ermənistana yanacaq satması bölgədə etimad habının əsasını qoydu, uzunömürlü sülhə inamı gücləndirdi.

Bakının xoşməramlı şərtlər toplusu və sülh proqramı bölgədəki bütün ölkələrin və xalqların rifahına xidmət edən yeni iqtisadi-humanitar platforma kimi təqdir olunur. Azərbaycan Prezidentinin başlatdığı quruculuq və bərpa prosesi Cənubi Qafqazın yeni nəqliyyat və logistika xəritəsini formalaşdırması yeni iqtisadi bağlantılar üçün əlavə fürsətlər yaradır. Bu mütərəqqi yanaşma və humanizm səyləri bir daha dövlətimizin yalnız hərbi qüdrətinin deyil, həm də strateji baxışını və beynəlxalq təhlükəsizliyə sadiqliyinin dünyaya nümayişi deməkdir.

Bütün bu faktorlar və digər mühüm amillər Prezident İlham Əliyevin layiqincə başa çatdırdığı mötəbər sülh və humanitar quruculuq missiyasının müasir dünya siyasi salnaməsində öz tarixi dəyərini aldığını təsdiqləyir.

Beləliklə, bu tarixi gerçəkliyi dəyərləndirən Şeyx Zayed Fondunun layiq gördüyü “Zayed İnsan Qardaşlığı Mükafatı”nın cənab Prezidentə verilməsi də yuxarıda vurğuladığımız ardıcıl və davamlı missiyanın tərənnümü və təcəssümüdür. Bu mükafat diplomatik uğurun simvolu olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın Ali Rəhbərinin qlobal təsisatlara, beynəlxalq siyasi auditoriyaya qəbul etdirdiyi sülh gündəliyinin gerçəkliyi – dünyanın barışdığı sülh manifestidir.

Xatırlatma üçün qeyd etməliyik ki, BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis edilmiş eyniadlı Fond qlobal miqyasda humanitar əməkdaşlıq, sülh və həmrəylik rəmzi kimi qəbul edilir. Zayed Fondu Fondun bir neçə missiyası olsa da əsas ana məramı və fəlsəfəsi dünyada humanizm, dözümlülük və xalqlararası sülhün təşviqi, bu istiqamətdə dayanıqlı təşəbbüslərə dəstəyidir.

Fondun bu dəyərlərə olan hörmət və etibarının, yüksək etimadının təcəssümü və təltifi “Zayed İnsan Qardaşlığı Mükafatı”dır. 2019-cu ildən 19 ölkədən 19 şəxsin layiq görüldüyü bu nüfuzlu beynəlxalq mükafata layiq görülən dövlət və ictimai-siyasi xadimlərin sırasında Roma Papası Fransisk, BMT-nin Baş katibi Antonio Quterreş, İordaniya Kralı II Abdullah və xanımı kraliça Raniyə Əl Abdullah, Misirin Əl-Əzhər dini qurumunun baş imamı Əhməd Əl-Tayyib, Barbadosun Baş naziri Mia Amor Mottley və digər nüfuzlu şəxslər var.

Bu baxımdan, Azərbaycanın Prezidentinin sadalalan liderlərin və dünya xadimlərinin cərgəsində yer alması həqiqətən də qürurverici amil olmaqla bərabər, möhtəşəm uğur kimi qəbul edilir.

Mükafatın 2026-cı il üçün Münsiflər Komitəsində Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel, Afrika İttifaqı Komissiyasının sabiq sədri Mussa Faki Mahamat, UNICEF-in İcraçı direktoru Ketrin Rassel, Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva, Müqəddəs Taxt-Tac nəzdində Mədəniyyət və Təhsil Dikasteriyasının prefekti Kardinal Xose Tolentino de Mendonsa və “Zayed İnsan Qardaşlığı Mükafatı”nın baş katibi Məhəmməd Əbdülsəlam yer alıblar.

Ramid Namazov

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 Yanvar 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri