Həmin mükafatın sertifikatı İlham Əliyevə təqdim olundu Fotolar
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Prezident İlham Əliyev sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı qəbul edib.
Yeniavaz.com xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyev ilə Məhəmməd Əbdülsalamın əvvəlki görüşləri məmnunluqla xatırlanıb.
Ölkəmizlə Müsəlman Ağsaqqalları Şurası arasında həyata keçirilən uğurlu əməkdaşlıq qeyd olunub. Eyni zamanda, İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın qlobal səviyyədə oynadığı vacib rola toxunulub, bu xüsusda Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin Bakıda keçirilən 7-ci görüşünün, həmçinin gələn il Azərbaycanda təşkil olunacaq İslam Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının əhəmiyyəti vurğulanıb. Ölkəmizdə dini münasibətlərin yüksək səviyyədə tənzimləndiyi qeyd edilib.
Söhbət zamanı Azərbaycan Prezidentinin bu ilin əvvəlində “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldüyü xatırlanıb. Qonaq bu mükafatın sertifikatını dövlət başçısına təqdim etdi.



Bu mövzuda digər xəbərlər:İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edildi Fotolar
05 Noyabr 2024 15:05
İlham Əliyevə Zayed İnsan Qardaşlığı Mükafatı nın sertifikatı təqdim olundu FOTO
14 Sentyabr 2026 12:24
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edildi Fotolar Yenilənib
05 Noyabr 2024 16:10
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edildi Fotolar + Yenilənib
05 Noyabr 2024 16:23
Baxış sayı:161
Bu xəbər 14 Sentyabr 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















