“Həmin təşkilatların mövcudluğu hiss edilmir” DEPUTAT NARAZIDIR
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov komitənin bugünkü iclasında çıxış edib.
Onun fikrincə, Azərbaycanda bu təşkilatların mövcudluğu hiss edilmir:
“Bu sahədə durğunluq yaşanır. Əvvəllər gənclərin inkişafı üçün çoxlu layihələr, faydalı tədbirlər, görüşlər, səfərlər təşkil olunurdu. Düşünürəm ki, həmin təşkilatlarla parlamentdə görüşlərin təşkili önəmlidir. Onlarla ünsiyyət quraq, dinləyək. Bəlkə də elə məsələlər var, biz onlara kömək edə bilərik. Bəzi qurumlar var ki, onların da köməyi ilə bu sahəni canlandıra bilərik".
Deputat təklif edib ki, payız sessiyasında gənclər və tələbə-gənclər təşkilatları ilə görüşlər keçirilsin:
“Dinləmə də keçirmək olar. Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Məşğulluq Agentliyi kimi qurumları da dəvət etmək olar. Onların da köməyi ilə bu sahəni canlandıra bilərik”.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 22 Sentyabr 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















