Həmin xəstəxananın direktoru İmran Qurbanov oldu
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb.
“Qafqazinfo” “Qaynarinfo”ya istinadən xəbər verir ki, TƏBİB sədri Vüqar Qurbanovun müvafiq əmri ilə İmran Qurbanov vəzifəsindən azad olunaraq, Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib.
Xatırladaq ki, ötən həftə “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin baş direktoru Kamil Hacıyev vəzifəsindən azad olunmuşdu.
Qeyd edək ki, bundan əvvəl “Qusar Rayon Mərkəzi Xəstəxanası”nda pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi iddiası yayılmışdı. Belə ki, xəstəxananın aptek bölməsinin əməkdaşı İlhamə Hacıyeva (Kamil Hacıyevin həyat yoldaşı olduğu deyilir) tibb işçilərinə vatsap nömrəsi vasitəsilə vaxtı keçmiş dərmanların xəstələrə verilməsinə dair tapşırıq vermişdi.
Həmçinin bu ilin fevralında Qusar Rayon Prokurorluğunda aparılan araşdırmanın nəticəsi olaraq xəstəxana tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı üzrə publik hüquqi şəxs 20 min manat, direktor Kamil Hacıyev isə 3 min manat məbləğində cərimə edilmişdi.
Baxış sayı:51
Bu xəbər 29 İyul 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















