Icma.az
close
up
RU
Həmkarlar İttifaqı ilə işçilər arasında narazılıq hüquqşünasdan AÇIQLAMA

Həmkarlar İttifaqı ilə işçilər arasında narazılıq hüquqşünasdan AÇIQLAMA

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son zamanlar Həmkarlar İttifaqı ilə bağlı işçilər arasında ciddi narazılıqlar artmaqdadır. İşçilərin bildirdiyinə görə, bir çox müəssisədə normadan artıq saatlarla işlədilirlər, lakin bu əlavə iş saatlarına görə nə müvafiq ödəniş, nə də qanuni istirahət təmin olunur. Bundan başqa, Həmkarlar İttifaqının rəqəmsal xidmətlərində də problemlər yaşanır — sistemlərin işləməməsi, online qeydiyyatdan keçənlərin pitovka (yəni istirahət və ya müalicə üçün göndəriş) ala bilməməsi işçilərdə etimadsızlıq yaradır. Bu narazılıqlar həm hüquqi, həm sosial müstəvidə ciddi suallar doğurur.

İşçilərin normadan artıq işlədilməsi və bu saatların ödənilməməsi qanunvericiliyə görə hansı məsuliyyəti doğurur?

Həmkarlar ittifaqının fəaliyyətinə nəzarət edən və ya hesabat tələb edən hər hansı müstəqil qurum varmı?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən hüquqşünas Qaya Əliyev bildirib ki, Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən gündəlik iş vaxtının müddəti 8 saatdan, həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, 2 istirahət günü olan 5 günlük iş həftəsi müəyyən edilir.

Hüquqşünasın sözlərinə görə, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq həftəlik tam iş vaxtının müddəti çərçivəsində 6 günlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz. Həmçinin, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq əmək qanunvericiliyi, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi iləəmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində 4 saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə 2 saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz.

İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməməsi, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsi əməyin mühafizəsi qaydalarının pozulması hesab edilir və buna görə 500 manatdan 1000 manatadək cərimə növündə inzibati tənbeh tədbiri ilə sanksiyalaşdırılmışdır.

Burada işəgötürənin həm inzibati, həm də maddi və mülki məsuliyyətindən söhbət gedir. İşçilər belə hallarla qarşılaşdıqda bu barədə nəzarət orqanı kimi Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilərlər. İş vaxtının uçotu, əməyin ödənilməsi və bununla bağlı digər məsələlər fərdi əmək mübahisəsinə səbəb olarsa bununla bağlı işçilər mülki prosessual qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə də müraciət edə bilərlər.

2.Həmkarlar ittifaqının fəaliyyətinə nəzarət edən və ya hesabat tələb edən hər hansı müstəqil qurum varmı?

“Həmkarlar ittifaqları haqqında” Qanuna əsasən Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Göründüyü kimi, həmkarlar ittifaqı təşkilati hüquqi baxından müstəqil ictimai təşkilatdır. Onun fəaliyyətinə nəzarət və hesabatlılıq mahiyyət etibarilə ictimai təşkilatların fəaliyyətinə nəzarət mexanizmləri üzrə həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsində müəyyən edilmişdir ki, Həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər. Dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətlərinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır. Həmkarlar ittifaqları müstəqil surətdə öz nizamnamələrini, fəaliyyət proqramlarını hazırlayır və təsdiq edir, strukturlarını müəyyənləşdirir, rəhbər orqanlarını seçir və geri çağırır, yığıncaqlar, konfranslar, plenumlar, məclislər, qurultaylar keçirir və Konstitusiya hüquqları əsasında fəaliyyət göstərirlər. Həmkarlar ittifaqları konstitusion hüquq olan birləşmək hüququnun realizə formasıdır. Bu baxımdan həmkarlar ittifaqının fəaliyyətinə yalnız qanunvericilikdə müəyyən edilmiş hallarda, yəni belə təşkilat qanunvericiliyə zidd məqsədlər üçün yaradıldıqda və ya belə məqsədlər istiqamətində fəaliyyət göstərdikdə Konstitusiya Məhkəməsinin qərarı ilə xitam verilə bilər.

Təbii ki, belə olan halda Həmkarlar İttifaqlarının fəaliyyətinə təşkilatın daxili nəzarətindən, üzvlərinin nəzarətindən və ictimai nəzarətdən söhbət gedə bilər”.

Söhbətləşdi: Dəniz Pənahova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Avqust 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri