Hemofiliya, dağınıq skleroz və ixtiozdan əziyyət çəkən xəstələrin sayı açıqlanıb
Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.
AzVision.az xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib:
“Son illərdə hemofiliya sahəsində ən vacib yeniliklərdən biri innovativ dərman vasitələrinin təminata daxil edilməsidir. Bu baxımdan “Emicizumab” xüsusi qeyd olunmalıdır. Dünyada hemofiliyanın profilaktik müalicəsində inqilabi hesab olunan bu preparat klassik faktor əvəzedici müalicədən fərqli olaraq, laxtalanma mexanizmini davamlı şəkildə dəstəkləyir, istifadəsi rahatdır və qanaxma tezliyini əhəmiyyətli dərəcədə azaldır. Nəticədə ölümlə nəticələnə biləcək qanaxmanın qarşısı alınıb, xəstələrin həyat keyfiyyəti yaxşılaşdırılıb”.
Bundan başqa dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və xəstəliklə mübarizə tədbirləri üzrə reyestrdə 2 707 nəfər xəstə qeydiyyata alınıb. O qeyd edib ki, tibb elminin inkişafı və müasir müalicə yanaşmalarının genişlənməsi nəticəsində dağınıq skleroz xəstələrinin daha effektiv müalicəsi üçün yeni nəsil preparatlara ehtiyac yaranır və bu tələbat dövlət proqramı çərçivəsində təmin olunur:
“Proqram çərçivəsində dağınıq sklerozun müalicəsində istifadə olunan yüksək effektli inyeksiya vasitələri və digər dərman preparatları xəstələrə təqdim olunur”.
“800-dən çox ixtioz xəstəsi dispanser qeydiyyatındadır”-deyən TƏBİB-in İcraçı direktoru deyib ki, TƏBİB-in tabeliyindəki 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserində və Respublika Dəri-Zöhrəvi Mərkəzində ümumilikdə 849 nəfər ixtioz, 103 nəfər isə bullyoz epidermoliz xəstəsi dispanser qeydiyyatındadır”.
“2025-ci ildən etibarən icbari tibbi sığorta tərəfindən ixtioz və bullyoz epidermoliz xəstəliklərinin dərman, sarğı və baxım materialları ilə təminatına başlanıb. Yaraların sağalma müddətinin qısalmasına, ağrı və infeksiya riskinin azalmasına, eyni zamanda gündəlik həyat keyfiyyətinin yaxşılaşmasına mühüm töhfə verən kifayət qədər dəyəri yüksək olan “Filsuvez” preparatının tətbiqinə başlanılıb”.
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:“Səssiz ölən” böyrəklər Bu bəladan əziyyət çəkən xəstələrin sayı niyə ARTIR?
10 Yanvar 2025 15:01
Titrəyişdən əziyyət çəkən kişi sağaldı
11 Aprel 2025 05:34
Xərçəngdən əziyyət çəkən Əməkdar artist
08 Aprel 2025 00:36
Parkinson xəstəliyindən əziyyət çəkən insanların sayı artacaq
06 Mart 2025 11:10
Xərçəngdən əziyyət çəkən futbolçu həyatını itirdi
14 İyul 2025 22:51
Baxış sayı:36
Bu xəbər 19 Dekabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları