“Xalq şairi Nəbi Xəzri 100” adlı virtual sərgi istifadəçilərə təqdim olunub AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 7 dekabr, AZƏRTAC
Milli Kitabxanada müasir Azərbaycan poeziyasının parlaq siması Nəbi Xəzrinin anadan olmasının 100 illiyi münasibətilə “Xalq şairi Nəbi Xəzri – 100” adlı virtual sərgi və geniş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Nəbi Xəzri haqqında imzalanmış rəsmi sənədlər, fotolar, dövri mətbuatda dərc olunan məqalələr, şairin Azərbaycan və müxtəlif dillərdə əsərləri nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Nebi_Xezri/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi kitab sərgisində könüllərdə gözəl şeirləri ilə yuva quran şairin əsərləri, redaktor olduğu, “Ön söz” yazdığı, tərcümə etdiyi, həyat yolu, fəaliyyəti və yaradıcılığı haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, 2024-cü il sentyabrın 9-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 07 Dekabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















