Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Hər ana bir günəşdir...

Hər ana bir günəşdir...

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qadın işıqdır, gözəllikdir, anadır, bacıdır, can yoldaşıdır, rəhbərdir, müəllimdir, hakimdir, həkimdir, döyüşçüdür, xidmətçidir. Günəşi planetlərin anası adlandırırlar. Hər ana da bir günəş, övladları isə onun planetləridir.

Deyirlər, qadına budaq versən – ağac edər, çörək versən – süfrə edər, ev versən – yuva edər, sevgi versən – səni başına tac edər.

Tanrının əmanəti

Qadın ürəyi sirli bir dünya, ən maraqlı kitabdır. Namus, ismət, abır-həya deyiləndə, ilk növbədə, qadın anılır. Qadın kölə kimi deyil, azad yaşamalı, ağrı-acıdan uzaq olmalıdır. Bu, hər birimizin, övladlarımızın rahatlığı və xoşbəxtliyi üçün açardır. Onların var olduğu günlər, aylar bayramdır. Çünki qadın ümid qaynağıdır. Qadınlar yerdəki ulduzlardır. Bəzən Günəş işığına həsrət yerlər qadın səsi, gülüşü, nəfəsi ilə işıqlanır, isinir. Qadın əli dəyən hər yan gözəlləşir.

Qadın Tanrının insanlığa ən böyük hədiyyəsi və əmanətidir. Buna görə də müqəddəsdir. Onu qorumaq, lazım gəldikdə yolunda can vermək lazımdır. Qadın ürəyi incidildikdə “ağlayan kamana bənzəyir”.

Şəhid ana və körpə

Qadınların Vətən sevgisi övlad sevgisindən də güclüdür. Çünki yenidən uşaq dünyaya gətirmək, böyütmək olar, ancaq itirilmiş vətəni düşməndən geri almaq isə çox böyük itkilər bahasına mümkündür.

Bir türk qızının vətənpərvərliyi və övlad məhəbbəti haqqında olmuş bir faciəni danışım sizlərə (bu barədə yazını sosial şəbəkədən oxumuşam).

Şərifəni 16 yaşında ərə verirlər. Həyat yoldaşı toydan bir neçə gün sonra əsgərliyə yollanır və Çanaqqalada döyüşlərin birində şəhid olur. Bir neçə il sonra tək-tənha qalmasın deyə, Şərifəni kəndlərindəki topal Yusifə verirlər. Yusif cəbhədə sol ayağını və bir gözünü itiribmiş. Mərmi zərbəsinin təsirindən qulaqları da az eşidirmiş.

3 il sonra ailənin bir qızı olur, adını Əlif qoyurlar.

Bir gün paytaxt Ankaradan cəbhəyə kömək üçün təlimat gəlir. Təlimata görə, hər ailədən bir nəfər (kişi varsa kişi, yoxdursa qadın) silah-sursat daşımağa kömək etməlidir. Bu, Vətən çağırışı idi....

Şərifə qızını tapşıracaq adam tapmadığı üçün özü ilə aparmağa qərar verir..

1921-ci il, dekabr ayının son günlərində gənc Şərifə körpəsini kürəyinə sarıyıb yola çıxır. Az sonra Əlifi yorğana bürüyüb, top mərmilərinin arasına qoyur və yoluna davam edir. Az gedir, çox gedir... Nəhayət, bir tərəfdən qar, şaxta, digər tərəfdən aclıq gənc qadını əldən salır. Körpəsi də süd istəyir. Bu anlarda görür ki, top mərmiləri islanır. Buna görə də körpəsini bürüdüyü yorğanı açıb mərmilərin üstünə sərir. Körpəsini isə sinəsinə salıb, nəfəsi ilə isidir. Lakin çox çəkmir ki, şaxta 24 yaşlı ananı və körpə qızını dondurub buz heykələ çevirir...

Bu dəhşətli olay qadın vətənpərvərliyinin bir nümunəsidir.

Torpaqlarımızın bütövlüyü uğrunda oğullarımızla yanaşı, cəsur qızlarımız, analarımız da döyüşdülər və böyük qələbənin təmin edilməsinə yardımçı oldular. Ana var düşmənə qarşı 3, 4 oğul göndərdi. Gəlin var şəhid olmuş ərinin nəşini ağlamadan, mərdliklə öz əlləri ilə torpağa tapşırdı: “Vətən sağ olsun!” – dedi. İndi o qadınlar hər bir sahədə inamla işləyərək, Azərbaycanın yüksəlişinə çalışırlar.

Azərbaycan qadını hər zaman mərd, cəsarətli və fədakardır.

Ömrümüzə ömür calayanlar
Qadınsız ailənin işığı olmur.
Qadınsız ailənin sevinci, gülüşü yarımçıq olur.
Qadın var, dünyanın xoşbəxtidi...
Qadın var, dünyanın bədbəxtidi...
Qadın var, sinəsində övlad dağı var...
Qadın var telləri ər əlinin tumarına həsrətdi...
Qadın var, sevgisi daşa dəyib...
Qadın var, gözləri daim yollardadı...

Bəzı qadınlar mələk kimidirlər. Onlar gözəlliyi, abır-həyası ilə könülləri fənh edər, ürəklərdə yuva salarlar. Qadınlar qara paltarda belə işıq saçarlar. Onlar böyük qüdrət sahibidirlər. Ürəkləri dəniz kimi, səma kimi genişdir. Amma o ürəklər daim narahatdır. Onlar haqsızlıq görəndə atəş saçarlar. O ürəklərdə təbiətin ən gözəl rəngləri birləşib. Buna görə qəlbləri zərif duyğularla aşıb-daşır. Ən gözəl şeirlər, ən gözəl nəğmələr də qadınlara ərməğan edilir. Çünki, böyük Atatürk demişkən, yerdəki bütün böyük əsərlərin müəllifi qadınlarındır. Onlar öz ömürlərini həyat yoldaşının, övladlarının və digər əzizlərinin ömürlərinə calayır, özlərini unudarlar:

Ana ömrü – bir laylanın diliylə,
Sənə yanmış, mənə yanmış bir ömür.
Ana ömrü – körpəsinin əliylə
Yuxuları oğurlanmış bir ömür...

Bir parçası mətbəxlərə tökülmüş,
Bir parçası bələklərə bükülmüş.
Bir parçası xatirələr dumanı...
Bir parçası ər ömrünün qurbanı...

(Musa Yaqub)

6 oğul anası

Ürəyi şəfqət və mərhəmətlə dolu idi. Əri Krım uğrunda döyüşlərdə iştirak edəndə gündüzlər tarlada çalışmış, gecələr əsgərlər üçün isti paltar toxumuşdu...
Sonra da 6 oğul böyütmüş, onlara ilk həyat dərsi vermişdi. Onları sevə-sevə, “boyunuza qurban olum”, deyə-deyə oxşamışdı. Bircə dəfə də “yoruldum” deməmişdi. Hər oğulun ürəyindən keçənləri gözlərindən oxumuşdu. Sinəsi nağılla, bayatı ilə dolu idi. Oğullarını şirin səsi, ətirli nəfəsi, bayatı və oxşamalarla yuxuya vermişdi:

Laylay dedim gündə mən.
Kölgədə sən, gündə mən.
İldə bir dəfə qurban olur.
Sənə qurban gündə mən.

Laylay dedim boyunca.
Baş yastığa qoyunca.
Pardaxlan qızıl gülüm,
Bir qoxluyum doyunca.

Oğullar yatmışdılar, ana isə yatmamışdı, Uca Tanrıya dua etmişdi, onların sabahını düşünmüşdü. 6 oğul o laylalarla, dualarla böyümüş, həyata atılmışdı...Oğullar atanı daha çox sevmişdilər. Ana isə bundan küsməmiş, təəssüflənməmişdi, əksinə, sevinmişdi. Çünki ürəyi çox geniş idi. Ürəyi elə geniş idi ki, dua edəndə həmişə belə deyərdi: “Allah hamının balasını xoşbəxt, minbudaq eləsin, mənim oğlanlarımı da!”

Bilirəm, bütün analar belədir...

Kaş sağ olaydın, Ana! Başımı dizin üstünə qoyub bu narahat dünyanın mənə verdiyi ağrıları unudaydım.

Harada qan-qada, ədalətsizlik varsa, dünyaya ilk çağırış, hökm edən qadınlar olur. Çünki onların səsində yerin-göyün hökmü var....

Bayramınız mübarək, əziz qadınlar!

Səməd MƏLİKZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Mart 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see527

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see296

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see285

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see215

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see214

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see214

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see211

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see206

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see201

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see201

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see201

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see200

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see199

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see197

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see194

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see194

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see193

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see193

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri