Icma.az
close
up
RU
Hər bir DTX əməkdaşı bu amalı öz qarşısında məqsəd qoyub Komitə sədri

Hər bir DTX əməkdaşı bu amalı öz qarşısında məqsəd qoyub Komitə sədri

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılmasından götürür.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Sərəncamına əsasən, hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.

1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsi təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra isə onun qardaşı Nağı Şeyxzamanlı olub.

Modern.az-a açıqlamasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, kəşfiyyat, əks-kəşfiyyat, eyni zamanda terrorla mübarizədə və digər sahələrdə öz işini yüksək səviyyədə qurub:

"Mən də fürsətdən istifadə edib təhlükəsizlik xidmətinin rəhbərliyi başda olmaqla bütün şəxsi heyətini təbrik edir, onlara bu şərəfli, eyni zamanda çətin vəzifələrini həyata keçirərkən uğurlar arzu edirəm. Bu peşəni həyata keçirərkən şəhid olmuş bütün əməkdaşların yaxınlarına başsağlığı verirəm. Əsas məsələ ondan ibarətdir ki, bu gün milli təhlükəsizlik sistemi, dövlət təhlükəsizlik xidməti deyəndə hər bir Azərbaycan vətəndaşı qürur hissi keçirir. Çünki bu qurum bizim dövlətə və dövlətçiliyimizə qarşı olan təhdidlərin qarşısının alınmasında ən ciddi işlər görən qurumlardan biridir. Bu çox mühüm məsələdir. Qurum kəşfiyyat, əks-kəşfiyyat, eyni zamanda terrorla mübarizədə və digər istiqamətlərdə öz işini yüksək səviyyədə qurub. Əsas məsələ ondan ibarətdir ki, əməliyyat şəraitinə nəzarət edərək gələcəkdə olacaq təhdidlərin qarşısını almağa qadir olan, dövlətçiliyi istiqamətində addım atan bir qurumdur. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bu qurum çox mühüm məsələlərdə-istər 44 günlük Vətən müharibəsində, istərsə də birgünlük lokal xarakterli antiterror əməliyyatlarında özünü göstərdi. Son vaxtlar bir sıra dövlətlərin xüsusi xarici xidmət orqanlarının Azərbaycana qarşı törədə biləcəyi məkrli siyasətin qarşısını ala bildi. Bu qurum hazırda peşəkar rəhbərlik, eyni zamanda əməkdaşlarıyla birlikdə Ali Baş Komandan tərəfindən qarşılarına qoyulan dövləti və dövlətçiliyi qorumaq istiqamətində vəzifəni yerinə yetirmək üçün çox ciddi addımlar atır. Bunun da təməli məlum məsələdir ki, ümumilli lider Heydər Əliyevin vaxtından qoyulub. Ümumilli Lider 1944-cü ildən 1969-cu ilə qədər xüsusi xidmət orqanlarında əməliyyat müvəkkilindən, həmin komitənin rəhbəri vəzifəsinə qədər ucalıb. Onun milli kadr potensialının yetişdirilməsi istiqamətində gördüyü işlər ən mühüm, yaddaqalan əsas addımlarında  biridir. Bu gün həmin ideya və amallara söykənərək bugünkü təhlükəsizlik orqanın rəhbərliyi Ali Baş Komandanın göstərişlərinə, tapşırıqlarına, siyasətinə uyğun olaraq, ən yüksək səviyyədə öz işini qurmaqdadır".

Komitə sədri vurğulayıb ki, peşəkarların yetişdirilməsi istiqamətində işlər gedir:

"Peşəkarların yetişdirilməsi düşünürəm ki,uzun prosesdir. Vətənini, xalqını, bayrağını, gerbini, Ali Baş Komandınını sevən peşəkarlar olmaldıır. Hər bir DTX əməkdaşı bu amalı öz qarşısında məqsəd qoyub.  Peşəkarların hazırlığı SSRİ vaxtı başqa cür idi. İndi isə akademiyamız var. Akademiyanın çox peşəkar müəllimləri, eyni zamanda rəhbərliyi var. Onun bazasının yaradılmasında bir daha qeyd edirəm ki, Ali Baş Komandanın tapşırığı ilə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinin rolu danılmazdır. Peşəkarların yetişdirilməsi istiqamətində digər mühüm addımlar da atılır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Mart 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri